Qiymətlər
Qiymət sahədən və təmizliyin növündən asılıdır. Kalkulyatorda hesablayın; yekun qiyməti fotolara və ya ölçüyə görə təmizlikdən əvvəl yazırıq.
Qiymət kalkulyatoru
Növü, sahəni və lazım olan əlavələri seçin: qiymət, briqada və təxmini vaxt dərhal görünür.
Sahə mənzilin çıxarışdakı ümumi sahəsidir. Bilmirsinizsə, təxmini yazın: 2 otaqlı mənzil adətən 50–70 m², 3 otaqlı 75–100 m² olur. Birinci hamam qiymətə daxildir, hər əlavəsi 20 ₼. 200 m²-dən böyük sahəyə gəlib baxırıq, pulsuz.
Təxmini qiymət
168 ₼
- Ümumi təmizlik: 70 m² × 2,4 ₼
- 168 ₼
2 nəfər, təxminən 7 saat
Briqadanın sayı və vaxt təxminidir: əşya çox olanda iş uzana bilər, qiymət isə dəyişmir.
1 m²-nin qiyməti
Sahə mənzilin ümumi sahəsidir. Son sütun 70 m² mənzilin hesabıdır: briqada, vaxt və yekun məbləğ.
| Təmizlik | 1 m² | Minimum | 70 m² mənzil |
|---|---|---|---|
| Gündəlik təmizlikTəmiz saxlanılan ev üçün: həftədə və ya ayda bir dəfə. | 1,2 ₼ | 60 ₼ | 84 ₼1 nəfər, təxminən 3,5 saat |
| Ümumi təmizlikİldə 2–3 dəfə: bayramdan əvvəl, köçəndə, uzun aradan sonra. | 2,4 ₼ | 140 ₼ | 168 ₼2 nəfər, təxminən 7 saat |
| Təmirdən sonra təmizlikUstalar çıxandan sonra, köçməzdən əvvəl. | 3,2 ₼ | 180 ₼ | 224 ₼3 nəfər, təxminən 6 saat |
Birinci hamam otağı qiymətə daxildir, hər əlavəsi 20 ₼. 200 m²-dən böyük ev və ofislərə gəlib baxırıq, pulsuz.
Əlavə xidmətlər
Təmizliyə əlavə olunur və ya ayrıca sifariş verilir. Divan, döşək və xalçanın kimyəvi təmizliyi ayrıca sifarişdə minimum 40 ₼.
| Xidmət | Qiymət | Nə daxildir |
|---|---|---|
| Pəncərə yuma | 6 ₼ / tay | Bir tay hər iki tərəfdən, çərçivə və altlıqla birlikdə.Təmirdən sonra təmizlik qiymətinə daxildir. |
| Balkon və ya lociya | 25 ₼ / balkon | Döşəmə, divarlar və şüşələrin içəri tərəfi. |
| Soyuducunun içi | 15 ₼ / soyuducu | Boşaldılmış və buzu əridilmiş halda. |
| Duxovkanın içi | 15 ₼ / duxovka | Yağdan və qurumdan, şüşəsi ilə birlikdə. |
| Mətbəx şkaflarının içi | 25 ₼ | Qab-qacağı çıxarıb şkafı silir, yerinə qoyuruq.Ümumi təmizlik və təmirdən sonra təmizlik qiymətinə daxildir. |
| Çilçıraq | 15 ₼ / çilçıraq | Asılı halda, hər hissəsi ayrıca silinir. |
| Divan və kreslonun kimyəvi təmizliyi | 12 ₼ / oturacaq yeri | Üçyerlik divan 3 yer sayılır. Parça 4–6 saata quruyur. |
| Döşəyin kimyəvi təmizliyi | 35 ₼ / döşək | İkinəfərlik döşəyin bir üzü. |
| Xalçanın yerində təmizlənməsi | 4 ₼ / m² | Sintetik və yun xalçalar. Əl toxuması xalçaya baxıb qiymət deyirik. |
| Ütü | 12 ₼ / saat | Paltar və yataq dəstləri. |
Ofislərin təmizliyi, aylıq
Ofisi iş saatlarından sonra həftədə 1, 3 və ya 5 dəfə təmizləyirik. Qiymət sahədən və tezlikdən asılıdır, ayda 1 m² 0,9 ₼-dan, minimum 200 ₼. Əvvəlcə pulsuz baxışa gəlirik və 1 iş günündə yazılı təklif göndəririk.

| Tezlik | 1 m², ayda | 100 m² ofis | 200 m² ofis | 400 m² ofis |
|---|---|---|---|---|
| Həftədə 1 dəfəKiçik ofis, az adam | 0,9 ₼ | 200 ₼minimum | 200 ₼minimum | 360 ₼ |
| Həftədə 3 dəfəBazar ertəsi, çərşənbə, cümə | 2,1 ₼ | 210 ₼ | 420 ₼ | 840 ₼ |
| Hər iş günüBazar ertəsindən cüməyədək | 3,2 ₼ | 320 ₼ | 640 ₼ | 1 280 ₼ |
- İş saatlarından sonra
- Axşam 19:00-dan sonra və ya səhər 08:00-dək gəlirik, işinizə mane olmuruq.
- Sabit xadimə
- Ofisinizə hər dəfə eyni adam gəlir. Dəyişəndə əvvəlcədən xəbər veririk.
- Vasitələr bizdən
- Tualet kağızı, sabun və zibil torbasını da gətiririk, maya dəyərinə, ayrıca hesabla.
- Aylıq müqavilə
- Hər ay e-qaimə veririk, ödəniş köçürmə ilə. Müqaviləni 30 gün əvvəl xəbər verib dayandırmaq olar.
Yol haqqı
Şəhər daxilində yol pulsuzdur. Şəhərdən kənara sifarişə bir dəfə əlavə olunur.
- Bakı şəhəriBütün şəhər rayonları
- pulsuz
- Qəsəbələr, XırdalanMərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Novxanı, Masazır və s.
- 15 ₼
- SumqayıtŞəhərin bütün ərazisi
- 25 ₼
Qiymət, ödəniş və ləğv
- Qiymət necə yazılır
- Kalkulyatordakı məbləğ təxminidir. Yekun qiyməti fotolara və ya ölçüyə görə təmizlikdən əvvəl yazırıq; sahə dediyiniz kimidirsə, yerində dəyişmir.
- Ödəniş
- İşi qəbul edəndən sonra: nağd, kartla və ya köçürmə ilə. Şirkətlərə müqavilə və e-qaimə veririk.
- Ləğv
- Təmizlikdən 12 saat əvvələdək pulsuz. Briqada yola çıxandan sonra ləğv edilsə, 20 ₼ yol haqqı tutulur.
Sifarişdən əvvəl suallar
Evdə olmaq, ev heyvanı və bazar günü barədə ən çox bunları soruşurlar.
Cavabını tapmadığınız sualı WhatsApp-da yazın, hər gün 08:00 – 21:00 arası cavab veririk.
WhatsApp-da yazınTəmizlik vaxtı evdə olmalıyam?
Briqadanın gəlişində və işin qəbulunda olmağınız yaxşıdır. Arada evdə qalmaq məcburi deyil: açarı briqadirə verib çıxa bilərsiniz.
Ev heyvanım var, problem deyil?
Yox. Əvvəlcədən deyin: tük üçün tozsorana ayrıca başlıq gətiririk və heyvanın olduğu otaqda ətirsiz vasitə işlədirik.
Bazar günü işləyirsiniz?
Bəli, həftənin yeddi günü, qiymət eynidir. Bayram günləri yalnız əvvəlcədən razılaşma ilə.

Otaqların şəklini göndərin, 20 dəqiqəyə qiymət yazaq
Hər gün 08:00 – 21:00 arası yekun qiyməti və briqadanın gələ biləcəyi ən yaxın günü yazırıq.