Pulsuz məsləhətə yazılın
İlk görüş 45 dəqiqədir və pulsuzdur: ofisdə, Zoom-da və ya WhatsApp video ilə. Vaxtı seçin, məsləhətçi bir gün əvvəl zəng edib təsdiqləyir.
Görüşdən əvvəl
Ofisə gələndə və ya onlayn qoşulanda bunlar lazım olacaq.
Ofis
- Səməd Vurğun küçəsi 34, 3-cü mərtəbə, 305-ci ofis
- 28 May metrosundan 5 dəqiqə piyada
- Səməd Vurğun küçəsində pullu parklama; binanın həyətində yer yoxdur
- B.e. – Cümə
- 10:00–19:00
- Şənbə
- 11:00–16:00
- Bazar
- bağlıdır
Zoom və WhatsApp video
Zoom keçidi görüşdən bir saat əvvəl WhatsApp-a gəlir; proqramı yükləmədən brauzerdən də qoşulmaq olar. WhatsApp video görüşdə məsləhətçi özü zəng edir. Valideyn başqa şəhərdə və ya ölkədədirsə, eyni görüşə qoşula bilər.
Özünüzlə gətirin
- son iki ilin qiymətləri: jurnaldan çıxarış və ya attestatın surəti
- IELTS, TOEFL və ya SAT nəticəsi, varsa
- pasportun surəti, varsa
- universitet tələbələri üçün transkript
- sual siyahısı: valideyn gələ bilməsə, onun suallarını da yazın
