Əsas məzmuna keçin
SÜTUNİnşaat

Şirkət

«Sütun İnşaat» MMC 2009-cu ildən Bakıda və regionlarda baş podratçı kimi işləyir. Aşağıda kim olduğumuz, hansı sənədlərlə və hansı texnika ilə tikdiyimiz yazılıb.

Briqadadan baş podratçıya

Sütun İnşaat 2009-cu ildə dörd mühəndisin qurduğu briqadadan başlayıb. İlk obyektimiz Binəqədidə 1 200 m²-lik anbar idi; o anbar bu gün də işləyir və sahibi sonradan bizə daha iki obyekt sifariş edib.

2014-cü ildə Sumqayıtda metal konstruksiya sexi açdıq, 2017-ci ildə beton laboratoriyasını qurduq. 2019-cu ildən çoxmərtəbəli binalarda baş podratçı kimi işləyirik.

Böyümək üçün subpodratçı sayını artırmadıq, öz briqadalarımızı böyütdük. Karkası, fasadı və mühəndis sistemlərini öz adamlarımız görür: işin keyfiyyətinə də, qrafikinə də biz cavab veririk.

Təsis ili
2009
Təhvil verilmiş obyekt
94
Tikilmiş sahə
412 000 m²
Heyət
236 nəfər, 31-i mühəndis
Öz texnikası
43 ədəd
Hazırda tikilən
6 obyekt
Dəbilqəli iki mühəndis sahədə çertyoja baxır
Bünövrə çalası: armatur toru üzərində işləyən fəhlələr

Rəhbərlik

  • Rəşad Əliyev, tünd kostyumda, ofisdə

    Rəşad Əliyev

    Direktor, təsisçi

    İnşaat mühəndisi, 24 il təcrübə. Müqavilələrə və sifarişçilərlə işə cavabdehdir.

  • Elçin Məmmədov, qırmızı dəbilqədə və tünd gödəkçədə, gülümsəyir

    Elçin Məmmədov

    Baş mühəndis

    Konstruktor, 19 il təcrübə. Bütün sahələrdə texniki qərarlar və keyfiyyət ondadır.

  • Tural Həsənli, eynəkli, tünd köynəkdə

    Tural Həsənli

    Smeta və təchizat şöbəsinin rəhbəri

    Smetaları hazırlayır, material alışına və qiymətlərin sabit qalmasına baxır.

Lisenziya və sertifikatlar

Sənədlərin surətini təklif zərfinə əlavə edirik. Əslini ofisdə göstəririk.

SənədNömrəQüvvədədir
Tikinti-quraşdırma işlərinə lisenziya (I məsuliyyət səviyyəli binalar)№ TQ-004817müddətsiz
Layihələndirmə işlərinə lisenziya№ LY-002264müddətsiz
ISO 9001:2015, keyfiyyətin idarə edilməsi№ AZ-Q-11932028-ci ilin martınadək
ISO 45001:2018, əməyin mühafizəsi№ AZ-S-05472028-ci ilin martınadək
Beton sınaq laboratoriyasının akkreditasiya attestatı№ AZ-L-03382027-ci ilin iyununadək

Texnika parkı

Texnika icarəyə götürülmür, özümüzündür. Buna görə sahədə iş kranın və ya nasosun boşalmasını gözləmir.

Qülləli kranlar, 8–12 ton
5
Avtokranlar, 25–50 ton
4
Ekskavatorlar və buldozerlər
9
Beton nasosları
3
Özüboşaldan və bortlu yük maşınları
14
Qəlib dəstləri, m²
11 500
Ekskavator torpağı özüboşaldan maşına yükləyir

Sahədə təhlükəsizlik

Hər sahədə əməyin mühafizəsi üzrə ayrıca mühəndis işləyir. Fəhlə təlimatsız və dəbilqəsiz sahəyə buraxılmır, hündürlükdə iş yalnız sığorta kəməri ilə görülür. Son 5 ildə ağır xəsarətli qəza olmayıb.

Obyektiniz üçün smeta alın

Layihəni göndərin və ya sahəyə baxış sifariş edin. Smeta və iş qrafiki 5 iş günündə hazır olur, baxış pulsuzdur.