Laboratoriya növbəti dövr üçün akkreditasiya attestatı alıb. Sınaq protokolları sifarişçiyə icra sənədləri ilə birlikdə verilir.

Sumqayıtdakı laboratoriyamız iyunda yoxlamadan keçib və akkreditasiya attestatını yeniləyib. Laboratoriya beton kublarının sıxılmaya möhkəmliyini, armaturun dartılmasını və qruntun sıxlığını yoxlayır.
Hər beton partiyasından altı kub götürülür: üçü 7-ci gün, üçü 28-ci gün sınanır. Protokolların surəti sifarişçiyə verilir. Keçən il 2 140 sınaq aparılıb, onlardan 9-da nəticə layihə markasından aşağı çıxıb və həmin konstruksiyalar gücləndirilib.