Əsas məzmuna keç

B.e. – Şənbə: 09:00–20:00

MinaAilə stomatologiyası

Implant

Implantdan sonra ilk yeddi gün

Soyuq kompres nə vaxt, nə yemək olar, şiş nə vaxt keçir və hansı hallarda dərhal zəng etməli.

Əlcəkli əldə diş implantı və onun üstündəki kron

Qısaca

Implant yerli keyləşdirmə ilə qoyulur və çoxu pasiyent ertəsi gün işə qayıdır. İlk həftə yara sağalır: bu günlərdə nə etdiyiniz implantın sümüklə birləşməsinə təsir edir.

İlk gün

  • Yanağın üstünə 15 dəqiqə soyuq kompres qoyun, 15 dəqiqə ara verin, bir neçə dəfə təkrarlayın.
  • Ağzı güclü yaxalamayın, tüpürməyin, pipetlə içməyin.
  • Keyləşmə keçənə qədər yeməyin, sonra yalnız ilıq və yumşaq yemək.
  • Həkimin yazdığı dərmanları vaxtında için.
  • Siqaret çəkməyin: sağalmanı ən çox o pozur.

İkinci-yeddinci gün

Şiş ikinci-üçüncü gün ən böyük olur, sonra azalır: bu normaldır. İkinci gündən yeməkdən sonra ağzı ilıq duzlu su və ya həkimin dediyi məhlulla yavaşca yaxalayın. Dişləri fırçalayın, amma implantın yerinə toxunmayın.

Bir həftə idman zalına, hamama və saunaya getməyin. Tikişlər 7–10 gündən sonra, baxış zamanı götürülür.

Bu məqalə ümumi məlumatdır və həkim müayinəsini əvəz etmir. Sualınız varsa, qəbulda soruşun.

Bunlar da maraqlı ola bilər