Əsas məzmuna keç

B.e. – Şənbə: 09:00–20:00

MinaAilə stomatologiyası

Xidmətlər və qiymətlər

Bütün qiymətlər manatladır. “-dən” yazılan qiymət dişin vəziyyətindən asılıdır: dəqiq məbləğ ilk müayinədən sonra yazılı planda göstərilir və müalicə boyu dəyişmir.

Müayinə və rentgen

Hər müalicə buradan başlayır: həkim baxır, lazım olsa şəkil çəkir və qiyməti ilə yazılı plan verir.

Həkimlər:Dr. Nigar SəfərliDr. Elçin QasımzadəDr. Tural ƏsgərovDr. Aysel MəmmədliDr. Lalə Hüseynova

Diş müalicəsi

Kariyes, plomb və kanal müalicəsi yerli keyləşdirmə ilə. Kanallar mikroskop altında təmizlənir.

Həkim:Dr. Nigar Səfərli

Gigiyena və ağartma

Peşəkar təmizləmə ildə iki dəfə. Ağartma yalnız təmizləmədən və müayinədən sonra edilir.

Həkim:Dr. Nigar Səfərli

Uşaq stomatologiyası

Uşaq qəbulunu yalnız uşaq stomatoloqu aparır. Valideyn həmişə kabinetdə olur.

Həkim:Dr. Aysel Məmmədli

Ortodontiya

Dişləmə uşaqlarda da, böyüklərdə də düzəlir. Plan panoram şəkli və dişlərin ölçüsü ilə qurulur.

Həkim:Dr. Lalə Hüseynova

Implant və cərrahiyyə

Çəkilmə və implant 3D şəklə görə planlanır. Implantın hansı sistemdən olduğunu və zəmanətini yazılı veririk.

Həkim:Dr. Elçin Qasımzadə

Kron, vinir və protez

Kronlar və vinirlər dişin rəqəmsal ölçüsü ilə hazırlanır. Hazır olana qədər müvəqqəti kron taxılır.

Həkim:Dr. Tural Əsgərov

Hansı xidmətin lazım olduğunu bilmirsiniz?

İlk müayinəyə yazılın: həkim dişlərinizə baxır və hər dişin müalicəsi və qiyməti ilə yazılı plan verir. İlk müayinə 20 ₼-dir.

Yaxın günlərdə boş vaxtlar