Əsas məzmuna keçin
KeçidTədris mərkəzi

18 oktyabr: ilin ilk sınaq imtahanı

Sınaq

Bazar günü 10:00-da, DİM formatında. Kursumuzun şagirdləri üçün pulsuz, kənardan gələnlər üçün 15 ₼. Qeydiyyat 15 oktyabradək.

Şagirdlər partalarda oturub sınaq imtahanı yazır

İlin ilk sınaq imtahanı 18 oktyabr, bazar günü saat 10:00-da hər iki filialda keçiriləcək. İmtahan 3 saat çəkir və DİM-in vaxt qaydası ilə aparılır: gecikən şagird imtahana buraxılmır.

Kimlər yazıla bilər

  • 11-ci sinif və məzun qruplarımızın bütün şagirdləri: pulsuz, qeydiyyat avtomatikdir.
  • 10-cu sinif şagirdləri: istəyə görə, pulsuz.
  • Kənardan gələn şagirdlər: 15 ₼, qeydiyyat 15 oktyabradək WhatsApp və ya telefonla.

Nəticələr həmin axşam 20:00-dək valideynin WhatsApp-ına göndərilir: hər fənn üzrə düz və səhv cavablar, bal və müəllimin qeydi.

Özünüzlə şəxsiyyət vəsiqəsi (və ya doğum haqqında şəhadətnamə) və qara mürəkkəbli qələm gətirin. Telefonlar imtahandan əvvəl təhvil verilir.

Bütün xəbərlər

Pulsuz sınaq dərsinə yazılın

Qrupu cədvəldən seçin və ya bizə yazın: övladınızın məktəb növbəsinə uyğun vaxtı birlikdə tapaq.