Əsas məzmuna keçin
KeçidTədris mərkəzi

10 oktyabr: 11-ci siniflərin valideynləri ilə görüş

Valideyn

İlin planı, sınaq imtahanlarının qrafiki və buraxılışa qədər qalan altı ay. Hər iki filialda, şənbə 11:00-da.

Müəllim lövhənin yanında danışır, şagirdlər partalarda arxadan görünür

10 oktyabr, şənbə günü saat 11:00-da 11-ci sinif qruplarımızın valideynlərini görüşə dəvət edirik. Görüş hər iki filialda eyni vaxtda keçir, bir saat çəkir.

Nə danışacağıq

  • Buraxılış və blok imtahanına qədər ilin planı, ay-ay.
  • Sınaq imtahanlarının tarixləri və nəticələri necə oxumaq.
  • Dərs buraxılanda nə edirik, ev tapşırığını necə yoxlayırıq.
  • Hər qrupun müəllimləri ilə ayrıca 10 dəqiqə.

Qeydiyyat lazım deyil. Gələ bilməyən valideynlərə görüşün qısa xülasəsi WhatsApp-la göndəriləcək.

Bütün xəbərlər

Pulsuz sınaq dərsinə yazılın

Qrupu cədvəldən seçin və ya bizə yazın: övladınızın məktəb növbəsinə uyğun vaxtı birlikdə tapaq.