Çatdırılma və zəmanət
Mebeli gətiririk, mərtəbəyə qaldırırıq, yığırıq və qablaşdırmanı aparırıq. Ödəniş mebeli qəbul edəndən sonra olur.
Çatdırılma və quraşdırma
| Hara | Müddət | Qiymət |
|---|---|---|
| Bakı, Xırdalan, Sumqayıt, Abşeron | 2 gün | 500 ₼-dan yuxarı sifarişdə pulsuz, aşağıda 20 ₼ |
| Gəncə, Mingəçevir, Şirvan, Quba, Şamaxı | 3–5 gün | 60 ₼ |
| Lənkəran, Şəki, Qəbələ, Zaqatala və digər rayonlar | 5–7 gün | 90 ₼-dan, məsafəyə görə |
| Naxçıvan | razılaşma ilə | Yük şirkətinin tarifi ilə |
- Çatdırılma günü və saat aralığı sizinlə zənglə razılaşdırılır: 10:00–14:00, 14:00–18:00 və ya 18:00–21:00.
- Lift olmayan binalarda mərtəbəyə qaldırma da pulsuzdur.
- Sifarişlə hazırlanan mebelin müddəti 15–20 iş günüdür, hazır olanda xəbər veririk.
- Köhnə mebelinizi aparmağımızı istəsəniz, sifariş verəndə deyin: 30 ₼.
Zəmanət
- Bütün mebel
- 24 ay
- İstehsal qüsurları, furnitur, mexanizmlər.
- Divan və çarpayı karkası
- 5 il
- Karkasın sınması və ya boşalması.
- Üzlük parça
- 12 ay
- Tikişin sökülməsi, parçanın vaxtından əvvəl yeyilməsi.
- Sifarişlə mebel
- 24 ay
- Fasad, furnitur və quraşdırma işləri.
Zəmanət müraciətini WhatsApp-da şəkil göndərməklə edirsiniz. Usta 3 iş günü ərzində gəlir, təmir evinizdə aparılır. Mebel sexə aparılmalı olsa, daşınma bizim hesabımızadır.
Ödəniş
- Nağd və ya kartla
- Mebeli qəbul edəndə, kuryerə və ya salonda. Əvvəlcədən ödəniş yoxdur.
- Taksit kartları ilə
- 3, 6 və ya 12 ay, faizsiz və ilkin ödənişsiz. Salonda POS-terminalla rəsmiləşdirilir.
- Köçürmə ilə
- Şirkətlər üçün hesab-faktura və ƏDV-li qaimə veririk.
- Sifarişlə mebel
- Müqavilə bağlananda 30%, quraşdırmadan sonra 70%.
Qaytarma və dəyişmə
- Anbardan alınan mebeli 14 gün ərzində qaytara və ya dəyişə bilərsiniz, əgər istifadə olunmayıbsa.
- Qaytarılanda pul 3 iş günü ərzində ödədiyiniz üsulla geri verilir, geri daşınma 20 ₼-dır.
- Sizin ölçünüzə və ya seçdiyiniz parça ilə hazırlanan mebel qaytarılmır, qüsur olarsa zəmanətlə düzəldilir.
Sualınız qaldı?
Ünvanınızı yazın, çatdırılmanın gününü və qiymətini dəqiq deyək.