Əsas məzmuna keçin
SipərSığorta

Sığorta hadisəsi

Hadisə xəttimiz gecə-gündüz cavab verir. Aşağıda hər sığorta üzrə nə etməli, hansı sənədlər lazım olduğu və onlayn bildiriş forması var.

Qəzadan sonra əzilmiş kapot və sınmış fara

Nə etməli

Addımlar

  1. Yol polisinə zəng edin: 102. Oğurluqda polisə dərhal müraciət edin.
  2. Hadisə xəttimizə zəng edin: +994 12 555 40 40. Ekspert Bakıda 2 saata gəlir.
  3. Hadisəni 3 iş günü ərzində bildirin: onlayn və ya filialda.
  4. Təmir tərəfdaş servisdə, ya da pulla: sənədlərdən sonra 10 iş günü ərzində qərar.

Sənədlər

  • Polis arayışı (oğurluq, qəza, vandalizm)
  • Texniki pasport və sürücülük vəsiqəsi
  • Zərərin şəkilləri
  • Pulla ödənişdə bank hesabı (IBAN)

Müddətlər

Bunlar bizim öz qaydalarımızdır, hər zərər işində yoxlanılır. Qanuni müddətlər icbari sığortalar üçün "İcbari sığortalar haqqında" Qanunun 18-ci maddəsində, könüllü sığortalar üçün Mülki Məcəllənin sığorta fəslindədir.

Hadisəni bizə bildirmək
3 iş günü ərzində (səyahət: qayıtdıqdan sonra 30 gün)
Ekspertin avtomobilə gəlməsi, Bakı
Zəngdən 2 saat ərzində
Ekspertin mənzilə və ya obyektə gəlməsi
Növbəti iş günü
Ödəniş və ya əsaslandırılmış imtina barədə qərar
Son sənəddən 10 iş günü ərzində
Pulun hesaba köçürülməsi
Razılaşma imzalanandan 5 iş günü ərzində

Qərarla razı deyilsinizsə

Yazılı şikayət göndərin: 15 iş günü ərzində cavab veririk. Cavab sizi qane etməsə, Mərkəzi Banka və ya məhkəməyə müraciət edə bilərsiniz.

Şikayətlərə necə baxırıq

Hadisəni onlayn bildirin

Forma 5 dəqiqə çəkir. Göndərəndən sonra zərər işinin nömrəsini alırsınız və statusunu izləyə bilərsiniz.

Məsələn, MT-26104233

Zədələr, ümumi görünüş, sənədlər. JPG, PNG, HEIC və ya PDF.

AZ ilə başlayan 28 simvol

Zəng edinWhatsApp-da yazınHadisə bildirinOnlayn alın