Xidmətlər və qiymətlər
Üç paket, qiymət hər kvadratmetr üçün. Tam layihəyə planlaşdırma, müəllif nəzarətinə isə tam layihə daxildir.

Paketlər və qiymətlər
Ehtiyacınıza uyğun paketi seçin. İlk görüş pulsuzdur: zəngdə və ya studiyada.
Planlaşdırma
12₼ / m²
2–3 həftə
Divarlar, otaqlar və mebel yerbəyer olur. Ustaya plan verirsiniz, qalanını özünüz seçirsiniz.
- Obyektə gəlib ölçü götürürəm
- 2–3 planlaşdırma variantı, birini birlikdə seçirik
- Sökülən və tikilən divarların planı
- Mebel düzülüşü, rozetka və işıq nöqtələrinin sxemi
Tam dizayn layihəsi
35₼ / m²
6–8 həftə
Hər otağı təmirdən əvvəl 3D-də görürsünüz, ustalar isə hazır çertyojla işləyir.
- Planlaşdırmadakı hər şey
- Hər otaq üçün 2–3 bucaqdan 3D görüntü
- Ustalar üçün çertyoj dəsti: döşəmə, tavan, işıq, santexnika, plitə düzülüşü
- Material və mebel siyahısı, qiyməti və haradan alınacağı ilə
- Studiyada material nümunələri ilə seçim
Müəllif nəzarəti
45₼ / m²
Təmir boyu, adətən 3–6 ay
Təmir boyu obyektə gəlirəm ki, layihədə çəkilən ilə tikilən eyni olsun.
- Tam dizayn layihəsindəki hər şey
- Həftədə bir obyekt səfəri və fotolu hesabat
- Ustaların suallarına eyni gün WhatsApp-da cavab
- Gələn materialı və mebel ölçülərini yoxlayıram
- Təhvildə qüsur siyahısı və son baxış
«Yalnız planlaşdırma paketini götürdük, qalanını özümüz etdik. İki həftəyə üç variant gəldi, biri tam bizim ailəyə uyğun idi.»
Leyla S.Nəsimi, iki otaqlı mənzil
Qiyməti hesablayın
Mənzilin sahəsini yazın və paketi seçin: layihənin təxmini qiymətini dərhal görəcəksiniz.
50 m²-dən kiçik mənzillər 50 m² kimi hesablanır. Yalnız bir otaq üçün layihə də olar, ən azı 20 m².
Təxmini qiymət
2 975 ₼
85 m² × 35 ₼ · Tam dizayn layihəsi
- Müddət
- 6–8 həftə
- İlk görüş
- Pulsuz
Hər otağı təmirdən əvvəl 3D-də görürsünüz, ustalar isə hazır çertyojla işləyir.
Ödəniş üç hissədə: başlanğıcda 30%, plan təsdiqlənəndə 40%, çertyoj dəsti veriləndə 30%. Müəllif nəzarəti aylıq ödənilir.
Hansı paketdə nə var
Hər paket özündən əvvəlki paketin işlərini də əhatə edir.
| Görülən iş | PlanPlanlaşdırma | LayihəTam dizayn layihəsi | NəzarətMüəllif nəzarəti |
|---|---|---|---|
| Obyektə gəlib ölçü götürürəm | var | var | var |
| 2–3 planlaşdırma variantı, birini birlikdə seçirik | var | var | var |
| Sökülən və tikilən divarların planı | var | var | var |
| Mebel düzülüşü, rozetka və işıq nöqtələrinin sxemi | var | var | var |
| Hər otaq üçün 2–3 bucaqdan 3D görüntü | yoxdur | var | var |
| Ustalar üçün çertyoj dəsti: döşəmə, tavan, işıq, santexnika, plitə düzülüşü | yoxdur | var | var |
| Material və mebel siyahısı, qiyməti və haradan alınacağı ilə | yoxdur | var | var |
| Studiyada material nümunələri ilə seçim | yoxdur | var | var |
| Həftədə bir obyekt səfəri və fotolu hesabat | yoxdur | yoxdur | var |
| Ustaların suallarına eyni gün WhatsApp-da cavab | yoxdur | yoxdur | var |
| Gələn materialı və mebel ölçülərini yoxlayıram | yoxdur | yoxdur | var |
| Təhvildə qüsur siyahısı və son baxış | yoxdur | yoxdur | var |
| Müddət | 2–3 həftə | 6–8 həftə | Təmir boyu, adətən 3–6 ay |
Layihənin qiyməti necə hesablanır?
Paketin hər m² qiyməti mənzilin sahəsinə vurulur. Məsələn, 85 m²-lik mənzil üçün tam dizayn layihəsi 85 × 35 = 2 975 ₼ edir. 50 m²-dən kiçik mənzillər 50 m² kimi hesablanır.
Layihə nə qədər vaxt aparır?
Planlaşdırma 2–3 həftə, tam layihə 85 m²-lik mənzil üçün adətən 6–8 həftə. Qərarları nə qədər tez versəniz, bir o qədər tez bitir.
Ustaları siz tapırsınız?
Tanıdığım üç-dörd briqada var, istəsəniz tanış edirəm. Öz ustanızla da işləyirəm: çertyoj elə çəkilir ki, hər usta başa düşsün.
Mağazalardan faiz alırsınız?
Xeyr. Material siyahısında hər mövqeyin iki-üç satış yeri və qiyməti yazılır, harada alacağınızı siz seçirsiniz.
Təmir artıq başlayıbsa, gecdir?
Gec deyil, amma ucuz da deyil: sökülən divar və çəkilən kabel dəyişə bilər. Ən yaxşısı elektrik və santexnika işlərindən əvvəl yazmaqdır.
Bakıdan kənarda işləyirsiniz?
Abşeron bağları və Sumqayıt üçün bəli, səfərə əlavə pul götürmürəm. Başqa şəhərlərdə ölçünü yerli usta götürür, nəzarəti video zənglə aparırıq.
Ödəniş necə aparılır?
Üç hissədə: başlanğıcda 30%, plan təsdiqlənəndə 40%, çertyoj dəsti veriləndə 30%. Müəllif nəzarəti aylıq ödənilir.

Təmirdən əvvəl evinizi 3D-də görün
İlk görüş pulsuzdur: zəngdə və ya studiyada. Planı göndərin, qiyməti və müddəti birlikdə dəqiqləşdirək.