Əsas məzmuna keç
Tut ağacıuşaq bağçası

Heyva qrupu

Məktəbəhazırlıq qrupu, 5–⁠6 yaş

Məktəbdən əvvəlki il: hərfləri tanıyır və hecalayır, 20-⁠yə qədər hesablayır, 30 dəqiqə partada otura bilir.

Yaş
5–⁠6 yaş
Qrupda
18 uşaq
Böyüklər
tərbiyəçi və köməkçi
Məşğələ
30 dəqiqə
2026/27
1 boş yer
Parta arxasında dörd qız; ön plandakı qız dəftərinə üçbucaq çəkir və kameraya gülümsəyir

Bu qrupda il necə keçir

Heyva qrupunu ibtidai sinifdə 19 il dərs demiş Zərifə müəllimə aparır. Məqsəd uşağı birinci sinfə oxuyan aparmaq deyil, hazır aparmaqdır: qulaq asmağı, tapşırığı axıra çatdırmağı, qələmi düz tutmağı, əlini qaldırıb növbəsini gözləməyi bacarsın.

Məşğələlər 30 dəqiqədir, səhər iki dənə, günortadan sonra bir dənə. Günorta yuxusu bu qrupda qısadır; yatmayan uşaq yataq otağında sakit kitaba baxır. İlin sonunda hər valideynə uşağın məktəbə hazırlığı barədə yazılı rəy veririk.

Otaq

İkinci mərtəbədə, 58 m² otaq: bir tərəfdə partalar və lövhə, o biri tərəfdə oyun guşəsi; 32 m² yataq otağı

Günün rejimi

İş günləri hər gün eyni ardıcıllıqla keçir.

  1. 08:00–09:00

    Qəbul və sərbəst oyunTibb bacısı qapıda hərarəti ölçür və boğaza baxır

  2. 09:00–09:25

    Səhər yeməyi

  3. 09:25–09:40

    Səhər dairəsi: təqvim, saat, günün planı

  4. 09:40–10:50

    İki məşğələ, hərəsi 30 dəqiqə

  5. 10:50–11:05

    Meyvə

  6. 11:05–12:35

    Həyətdə gəzinti və komanda oyunlarıYağışda və 0°C-⁠dən aşağıda talvarın altında

  7. 12:35–13:05

    Nahar

  8. 13:05–14:45

    Günorta yuxusu və ya sakit saatYatmayan uşaq yataq otağında kitaba baxır

  9. 14:45–15:15

    Oyanma, gimnastika, günorta qəlyanaltısı

  10. 15:15–16:20

    Üçüncü məşğələ və ya dərnək

  11. 16:20–17:45

    Həyətdə oyun

  12. 17:45–19:00

    Stolüstü oyunlar, kitab, valideynlərin gəlişi

Həftənin məşğələləri

  • Bazar ertəsi

    1. Savad təlimi: hərflər
    2. Riyaziyyat
    3. Yuxudan sonra: İngilis dili
  • Çərşənbə axşamı

    1. Nitq inkişafı
    2. Bədən tərbiyəsi
    3. Yuxudan sonra: Şahmat (dərnək)
  • Çərşənbə

    1. Savad təlimi: yazıya hazırlıq
    2. Musiqi
    3. Yuxudan sonra: İngilis dili
  • Cümə axşamı

    1. Riyaziyyat
    2. Bədən tərbiyəsi
    3. Yuxudan sonra: Məntiq oyunları
  • Cümə

    1. Ətraf aləm
    2. Musiqi
    3. Yuxudan sonra: Rəsm və əl işi

Bir məşğələ 30 dəqiqədir. Bayram həftələrində cədvəl dəyişə bilər.

  • Masa arxasında oturan qız cavab vermək üçün əlini qaldırıb
  • Uşaq qırmızı markerlə iş vərəqində hərfləri yazmağı məşq edir
  • Uşaqlar xalçanın üstündə yarımdairədə oturub, tərbiyəçi onlara kitab göstərir; bir neçəsi əlini qaldırıb

İyunadək uşaq nəyi bacarır

  • Bütün hərfləri tanıyır, açıq hecaları və qısa sözləri oxuyur
  • Çap hərflərlə adını, soyadını və sadə sözləri yazır
  • 20-⁠yə qədər sayır, 10-⁠un içində toplayır və çıxır
  • Saatı tam saatlarla deyir, ayları və fəsilləri bilir
  • 30 dəqiqə partada işləyir, tapşırığı axıra çatdırır
  • İngiliscə qısa suallara cavab verir, 120–⁠150 söz bilir

Bunlar hədəfdir, imtahan deyil: hər uşaq öz sürəti ilə gedir və psixoloq ildə iki dəfə valideynlə ayrıca danışır.

Nə gətirmək lazımdır

  • Bir dəst ehtiyat paltar, adı yazılmış torbada
  • Dabanı bağlı otaq ayaqqabısı
  • Bədən tərbiyəsi üçün çeşka və idman forması (qeydiyyatda veririk)
  • Dəftər, qələm və iş vərəqlərini biz veririk, çanta lazım deyil

Aylıq haqq

Tam gün, 08:00–⁠19:00
600 ₼
Dəstəkli yerdə, tam gündövlət 350 ₼ ödəyir; dəstəkli yer hazırda yoxdur
250 ₼
Yarım gün, 08:00–⁠13:00
400 ₼

Haqqa yemək, bütün məşğələlər və dərs ləvazimatı daxildir. Haqqın 70%-⁠ni, ən çoxu 350 ₼-⁠ni dövlət ödəyir.

Bu yaşda dərnəklər

  • Rəqs və ritmikahəftədə 2 dəfə, 30 dəqiqə40 ₼ / ay
  • Şahmathəftədə 2 dəfə, 30 dəqiqə40 ₼ / ay
  • Konstruktor və ilk robotlarhəftədə 2 dəfə, 40 dəqiqə45 ₼ / ay
  • İngilis dili, əlavə qruphəftədə 3 dəfə, 30 dəqiqə60 ₼ / ay
Öz hesabınızı çıxarın

Heyva qrupunu yerində görün

Otağa girirsiniz, tərbiyəçi ilə tanış olursunuz. Baxış 30 dəqiqədir və pulsuzdur.

Ən yaxın boş vaxtlar

Boş vaxtlar yüklənir…

Bütün vaxtlara baxın