Əlaqə
Sorğu göndərin və ya otaqların videosunu birbaşa WhatsApp-a yazın. Hər gün 08:00 – 22:00 arası 30 dəqiqəyə cavab veririk.
Köç sifarişi
Bildiyiniz qədərini yazın. Zəng edib qalanını soruşuruq, qiyməti yazılı göndəririk və köçün gününü birlikdə seçirik.
Birbaşa əlaqə
- Telefon
- +994 55 555 62 30
- Otaqların videosunu göndərin
- E-poçt
- info@arxayin.az
- İş saatları
- Zəng və WhatsApp: hər gün 08:00 – 22:00Köçlər: hər gün 08:00 – 20:00Bayram günlərində də köçürürük. Gecə köçü 20:00-dan sonra, saat qiymətinə 20% əlavə ilə.
- Ofis və dayanacaq
- Binəqədi şossesi 112, Binəqədi rayonu, BakıMaşınlar burada dayanır. Qutu, plyonka və skotçu buradan özünüz də götürə bilərsiniz.Xəritədə aç
Sorğudan sonra nə olur
- 30 dəqiqə ərzindəZəng edib nə köçəcəyini, mərtəbələri və lifti soruşuruq. Videonu WhatsApp-a göndərməyi xahiş edirik.
- Videodan sonraMaşının ölçüsünü, hambalların sayını və yekun qiyməti WhatsApp-a yazırıq. 3 otaqdan böyük köçdə menecer gəlib baxır.
- Qiyməti təsdiqləyəndəKöçün gününü və saatını yazırıq. Qutular lazımdırsa, bir gün əvvəl gətiririk.
- Köçdən bir gün əvvəlBriqadirin adını, nömrəsini və maşının gələcəyi saatı SMS ilə göndəririk.
Köçə hazırlıq
- Yeni evdə hansı əşyanın hansı otağa gedəcəyini düşünün: qutuların üstünə otağı yazın.
- Soyuducunu köçdən bir gün əvvəl söndürüb əridin, paltaryuyanın suyunu boşaldın.
- Pulu, sənədləri, zinət əşyalarını və dərmanları ayrıca çantaya yığıb özünüz aparın.
- Binanın idarəsinə xəbər verin: lifti və girişin qarşısında maşının dayanacağını ayırsınlar.
- Köç günü uşaqları və ev heyvanlarını mümkünsə qohumlara qoyun: qapılar saatlarla açıq qalır.