Əsas məzmuna keç
KEŞİKtəhlükəsizliksistemləri
Boz beton divarda iki çöl kamerası, kabelləri birləşmə qutularından boru ilə çəkilib

Kamera və siqnalizasiya quraşdırılması, 4 kamera 538 ₼-⁠dan

Mənzil, həyət evi, mağaza və ofislər üçün. Mühəndis gəlib kameraların yerini göstərir və qiyməti yazılı verir. Quraşdırma adətən bir gün çəkir.

Baxış
Bakı və Abşeronda pulsuz, 1–⁠2 gün ərzində
Zəmanət
Avadanlığa 2 il, quraşdırmaya 1 il
Ödəniş
Sistemi işlək görəndən sonra

Harada nə quraşdırırıq

Hər obyektin öz zəif yeri var. Aşağıdakı dəstlər ən çox sifariş olunanlardır; kameraların sayını və yerini baxışda birlikdə dəqiqləşdiririk.

Bütün dəstlər və qiymətlər
Kələ-kötür ağ divarda iki antenalı ağ Wi-Fi kamera

Mənzil: siqnalizasiya və qapıya baxan kamera

Mənzil üçün əsas risk boş qaldığı günlərdir: məzuniyyət, bağ mövsümü. Siqnalizasiya qapı açılanda və ya otaqda hərəkət olanda sirenanı işə salır və telefonunuza bildiriş göndərir.

Wi-⁠Fi kamera dəhlizdən giriş qapısına baxır, yazı yaddaş kartına gedir. Sensorlar simsizdir: divar deşilmir, kabel çəkilmir.

Dəstə daxildir

  • 1 Wi-⁠Fi kamera, yaddaş kartı ilə
  • Siqnalizasiya: mərkəzi blok, klaviatura, sirena
  • 2 hərəkət və 2 qapı-pəncərə sensoru
  • Quraşdırma və telefonda tətbiq

Quraşdırma ilə706 ₼1 usta, təxminən 3 saat

“Divarda bir deşik də açmadılar, sensorlar yapışqanla durur. Bağa gedəndə telefonla qoşuram, qapı açılanda bildiriş gəlir.”
Günay S., Mənzil, siqnalizasiya və Wi-⁠Fi kamera, Nəsimi

Nə quraşdırırıq

Kabelli və simsiz kameralar, siqnalizasiya və servis. Avadanlığı da, işi də biz veririk; zəmanəti də.

Usta dəhlizin tavanı altında kameranı divara bərkidir
  • Videomüşahidə sistemi

    IP kameralar, qeydiyyatçı və disk. Görüntü telefonda canlı və arxivdən açılır. 2-⁠dən 16 kameradək bir qeydiyyatçıya.

    4 kamera 538 ₼-⁠danDəstlər
  • Wi-⁠Fi kamera

    Qeydiyyatçısız: yazı kameranın içindəki yaddaş kartına gedir. Mənzil, uşaq otağı, kiçik ofis üçün.

    99 ₼, quraşdırma iləHesablayın
  • Simsiz siqnalizasiya

    Hərəkət və qapı-pəncərə sensorları, sirena, telefona bildiriş. Kabel çəkilmir, təmirli evdə də olur.

    mənzil üçün 607 ₼-⁠danHesablayın
  • Servis və təmir

    Görüntü vermirsə, parol unudulubsa, kameranı köçürmək lazımdırsa. Başqa firmanın qurduğu sistemə də baxırıq.

    çağırış 25 ₼Usta çağırın

Necə işləyirik

Zəngdən təhvilə qədər adətən bir həftə keçir. Siz yalnız iki dəfə evdə və ya obyektdə olursunuz: baxışda və quraşdırma günü.

Usta nərdivanın üstündə binanın daş fasadında işləyir
“Kassada pul çatışmırdı, iki həftəlik arxivdən səbəbi bir axşamda tapdıq. Kameraları mağaza bağlı olanda qurdular, səhər vaxtında açdıq.”
Elçin R., Ərzaq mağazası, 6 kamera, Binəqədi
  1. İlk zəng

    Nəyi qorumaq istədiyinizi deyirsiniz

    Obyekti, kameraların təxmini sayını və ünvanı soruşuruq. Dəstlərdən biri uyğundursa, qiyməti elə telefonda deyirik.

  2. 1–⁠2 gün ərzində, pulsuz

    Mühəndis gəlib baxır

    Hər kameranın yerini və nəyi görəcəyini göstərir, kabelin yolunu ölçür, qeydiyyatçının harada duracağını sizinlə seçir. Baxış 30–⁠60 dəqiqə çəkir.

  3. Baxışdan sonra 1 iş günü

    Yazılı təklif alırsınız

    Avadanlığın modeli, sayı və qiyməti, iş və kabel ayrıca sətirlərlə. Təklifdəki qiymət quraşdırma günü dəyişmir.

  4. Adətən bir gün

    Quraşdırırıq

    İki usta kabeli kanalda və ya gofrə boruda çəkir, kameraları bərkidir, qeydiyyatçını sazlayır. Gedəndə tozu və qırıntıları yığırıq.

  5. Son yarım saat

    Təhvil verir, telefonda göstəririk

    Tətbiqi telefonunuza qururuq, canlı baxışı, arxivdə axtarışı və videonun yüklənməsini göstəririk. Ödəniş bundan sonradır.

Zəmanət və şərtlər

Hər sifarişə aiddir: bir Wi-⁠Fi kameraya da, 16 kameralı anbara da.

Avadanlığa 2 il zəmanət
Kamera, qeydiyyatçı və ya sensor zəmanət müddətində xarab olsa, 3 iş günü ərzində dəyişirik; o vaxtadək ehtiyat kamera qoyuruq.
“Bağda internet yox idi, 4G modem qoydular. Qışda bir kamera nasaz oldu, ertəsi gün gəlib zəmanətlə dəyişdilər.”
Tofiq M., Həyət evi, 5 çöl kamerası, Mərdəkan
Quraşdırmaya 1 il zəmanət
Kabel, birləşmə və ya bərkitmə bizim təqsirimizlə nasaz olsa, ustanın gəlişi və iş pulsuzdur.
Təklifdəki qiymət dəyişmir
Baxışdan sonra yazdığımız qiymət quraşdırma günü artmır. Əlavə kamera və ya kabel yalnız sizin razılığınızla.
Ödəniş işdən sonra
1 500 ₼-⁠dək sifarişdə avans istəmirik: sistemi telefonunuzda işlək görəndən sonra ödəyirsiniz. Daha böyük sifarişdə avadanlıq üçün 50% avans.
Parollar sizdə qalır
Qeydiyyatçının və tətbiqin parolunu sizinlə birlikdə qoyur, təhvil aktında yazırıq. Sizin icazəniz olmadan sistemə uzaqdan girmirik.
Usta 24 saat ərzində gəlir
Kamera görüntü vermirsə, zəngdən sonra 24 saat ərzində usta gəlir. Zəmanətdə pulsuz, zəmanətdən sonra çağırış 25 ₼.

Haqqımızda

Keşik 2014-⁠cü ildə iki usta ilə başladı. İndi 14 nəfərik: 5 quraşdırma briqadası, iki mühəndis və servis xətti. İldə 400-⁠ə yaxın obyektdə sistem qururuq, 180 mağaza və ofislə servis müqaviləmiz var.

Avadanlığı Bakıdakı rəsmi distribyutorlardan alırıq, hər kameranın zəmanət talonu olur. Əsasən Hikvision, Dahua və Ajax quraşdırırıq; başqa marka istəsəniz, təklifə əlavə edirik.

Sifarişinizlə işləyənlər

  • Rəşad NağıyevTəsisçi, baş mühəndisBöyük obyektlərə baxışa özü gedir və kameraların planını çəkir.
  • Orxan CəfərliQuraşdırma rəhbəriBriqadaları və quraşdırma günlərini təyin edir.
  • Aynur BabayevaMüştəri xidmətiZənglərə və WhatsApp-⁠a cavab verir, baxışın vaxtını yazır.
  • Kamran İsmayılovServis mühəndisiZəmanət və təmir çağırışlarına gedir.

Kameraları əvvəlcə görün

Ofisimizdəki nümayiş zalında 2, 4 və 8 MP kameraların gündüz və gecə görüntüsünü ekranda yan-yana göstəririk. Seçmək çətindirsə, gəlin: 10 dəqiqəlik işdir.

  • Wi-⁠Fi kamera ilə kabelli sistemin fərqi
  • Telefonda tətbiq necə işləyir
  • Siqnalizasiyanın sensorları və sirenanın səsi
Ünvan və iş saatları

Mühəndis gəlib yerində baxsın

Kameraların yerini göstərir, kabelin yolunu ölçür, yazılı təklifi 1 iş günündə göndəririk. Bakı və Abşeronda baxış pulsuzdur.

Zəng edinWhatsApp