İlk görüşdə ən çox verilən sual budur: hansı imtahanı verim? Cavab ölkədən və proqramdan asılıdır. Böyük Britaniyada vizanın öz qaydası var, ABŞ və Kanada universitetləri isə üç imtahanın hər birini qəbul edə bilər. Səhv imtahan həm pul, həm də iki-üç həftə itkisidir.
Üç imtahan yan-yana
IELTS Academic
- Qiyməti
- 575 ₼
- Harada
- British Council mərkəzi, kompüterdə
- Nəticə
- adətən 1–2 gün
IELTS for UKVI
- Qiyməti
- 625 ₼
- Harada
- British Council mərkəzi, kompüterdə
- Nəticə
- adətən 1–2 gün
Duolingo English Test
- Qiyməti
- 70 $ (≈120 ₼)
- Harada
- evdə, onlayn, bir saat
- Nəticə
- 48 saat ərzində
TOEFL iBT
- Qiyməti
- ETS saytında, dollarla
- Harada
- test mərkəzində və ya evdə
- Nəticə
- bir neçə gün
Üç imtahanın nəticəsi iki il qüvvədədir. Universitetə müraciət edəndə və vizaya gedəndə sertifikatın tarixi bu iki ilin içində olmalıdır.
Hansı ölkə hansını qəbul edir
- Böyük Britaniya, bakalavr və magistratura: universitet dil səviyyəsini özü qiymətləndirir, adi IELTS Academic keçir. Bəzi universitetlər Duolingo və TOEFL-u da götürür, amma hər birinin siyahısını ayrıca yoxlamaq lazımdır.
- Böyük Britaniya, Foundation və dərəcədən aşağı proqramlar: vizada yalnız UKVI siyahısındakı imtahan keçir. Bakıda bu IELTS for UKVI deməkdir, adətən 5.0–5.5.
- ABŞ: universitetlərin çoxu üçünü də qəbul edir. Adi tələb TOEFL iBT köhnə şkala ilə 80–100, IELTS 6.5–7.0 və ya Duolingo 115 və yuxarı.
- Kanada: IELTS Academic 6.0–6.5 ən çox istənəndir. TOEFL və Duolingo-nu qəbul edən universitet və kolleclər var, amma hamısı yox.
- Almaniya, Macarıstan və digər Avropa ölkələri, ingiliscə proqramlar: IELTS və ya TOEFL. Macarıstan universitetlərinin bəziləri öz onlayn imtahanını keçirir.
TOEFL-un yeni balları
21 yanvar 2026-dan TOEFL iBT nəticəsi 0–120 yox, 1–6 şkalası ilə, yarım bal addımı ilə verilir. 2028-ci ilin yanvarınadək nəticə vərəqində hər iki bal və CEFR səviyyəsi yan-yana yazılır. Universitet köhnə balla tələb yazıbsa, uyğunluğu belə oxuyun:
4
- Köhnə bal
- 72 və yuxarı
- IELTS
- 6.0
4.5
- Köhnə bal
- 86 və yuxarı
- IELTS
- 6.5
5
- Köhnə bal
- 95 və yuxarı
- IELTS
- 7.0
5.5
- Köhnə bal
- 107 və yuxarı
- IELTS
- 7.5
Necə seçmək
- Əvvəlcə universitet siyahısını bağlayın, sonra imtahanı seçin. Siyahıda bir Britaniya Foundation proqramı varsa, IELTS for UKVI verin: o, adi IELTS əvəzinə də keçir.
- Yalnız ABŞ və Kanadaya müraciət edirsinizsə, Duolingo ən ucuz və ən tez yoldur. Universitetin siyahısında olduğunu müraciətdən əvvəl yoxlayın.
- İmtahanı son tarixdən ən azı iki ay əvvəl verin: bal çatmasa, təkrar üçün vaxt qalsın.



