Sertifikatın yoxlanışı
Kursu bitirən hər kəs nömrəli sertifikat alır. Nömrəni yazın: sahibinin adı, kurs, saatlar, tarixlər, yekun qiymət və sertifikatın qüvvədə olub-olmadığı görünəcək.
Nümunə nömrələr:
Yoxlama yalnız tam nömrə ilə işləyir; ad ilə axtarış yoxdur. Sertifikatda olan məlumatı yalnız nömrəni bilən görür.
Sertifikatda nə yazılır
A4, azərbaycan və ingilis dillərində, akademiyanın möhürü və iki imza ilə. Nümunə yuxarıdakı birinci nömrənin məlumatı ilə doldurulub.
Pilləakademiya
Sertifikat
Röya Əhmədova
kursunu bitirmişdir
Power BI ilə hesabatlar
40 saat · 27 iyun – 29 avqust 2026 · 91/100
№ PS-2026-0417Yoxlama: pilleakademiya.az/certificates
Rəna QasımovaDirektor
Kənan MirzəyevTədris rəhbəriM.Y.
Bu sertifikat nədir
Akademiyanın öz sənədi
Kurslarımız qeyri-formal təhsildir. «Təhsil haqqında» Qanuna görə (maddə 1.0.31) belə təhsilə dövlət sənədi verilmir: sertifikat dövlət diplomu deyil, onu Pillə verir və nömrəsini Pillə saxlayır.
Beynəlxalq sertifikatı əvəz etmir
ACCA, PMP və ya Microsoft kimi sertifikatları yalnız onların öz qurumları verir. Bizim bəzi kurslar həmin imtahanların mövzularını keçir, amma Pillə bu qurumların təlim tərəfdaşı deyil.
İşəgötürən üçün
Sertifikat neçə saat oxuduğunuzu, dərslərin neçə faizində olduğunuzu və yekun işin balını göstərir. İşəgötürən nömrəni bu səhifədə özü yoxlaya bilər.
Qaydalar
- Kim alır
- Dərslərin ən azı 80%-də olan və yekun işdən ən azı 60 bal alan hər kəs.
- Nə vaxt
- Son dərsdən sonra 5 iş günü ərzində. Onlayn qruplarda PDF e-poçtla gəlir, kağız nüsxəni mərkəzdən götürmək olar.
- İtirsəniz
- Eyni nömrə ilə dublikat verilir, 3 iş günü ərzində. cert@pilleakademiya.az ünvanına yazın.
- Ad və ya soyad səhvdirsə
- Düzəldilmiş adla yeni nömrə ilə yenidən veririk, köhnə nömrə «ləğv edilib» görünür və yeni nömrəyə yönləndirir.
Suallar
Kursu bitirmişəm, sertifikat hələ gəlməyib
Son dərsdən 5 iş günü keçibsə, yazılış nömrənizi və adınızı cert@pilleakademiya.az ünvanına yazın. Çox vaxt səbəb yekun işin təhvil verilməməsi və ya davamiyyətin 80%-dən az olmasıdır.
Sertifikatın müddəti bitirmi?
Xeyr. Sertifikat kursu hansı tarixdə bitirdiyinizi göstərir; müddəti yoxdur. Yalnız səhv aşkar olunanda ləğv edilir və yerinə yenisi verilir.
İşəgötürənə rəsmi arayış lazımdır
Sahibinin razılığı ilə davamiyyət və qiymətlər barədə möhürlü arayışı 2 iş günü ərzində veririk.