HR və əmək hüququ
Dörd kurs: Əmək Məcəlləsi üzrə kadr işi, əmək haqqının hesablanması, işə qəbul və rəhbərlər üçün əmək hüququ. Dərsləri logistika şirkətinin HR meneceri, 900 işçinin əmək haqqını hesablayan mühasib və əmək mübahisələri üzrə hüquqşünas keçir.
- Kurslar
- 4 kurs
- Həcmi
- 12–40 saat
- Qiymət, nəfər üçün
- 220–450 ₼
- Qrupların dili
- AZ, RU

Sahənin kursları
Hər kursun yanında ən yaxın qrupun tarixi, günləri, dili və boş yerləri. Səviyyəyə görə sıralanıb.
Başlanğıc40 saat8–10 həftə
Əmək Məcəlləsi üzrə kadr işi
Əmək müqaviləsi və onun e-bildirişi, əmrlər, məzuniyyətlər, iş vaxtının uçotu, intizam və müqavilənin xitamı.
e-social.gov.az, Microsoft Excel
450 ₼
və ya 2 × 225 ₼
şirkət üçün 500 ₼
Orta30 saat4–6 həftə
Əmək haqqının hesablanması
Əmək haqqı, gəlir vergisi, DSMF, işsizlikdən və icbari tibbi sığorta haqları, məzuniyyət və xəstəlik ödənişləri, hesabatlar.
Microsoft Excel, 1C:Əmək haqqı və kadrlar
360 ₼
və ya 2 × 180 ₼
şirkət üçün 400 ₼
Ən yaxın qrup
B.e. 26 okt · B.e., Ç., C. 10:00–13:00 · AZ · Sinifdə8 yer qalıb, qrup açılır
Orta24 saat6 həftə
İşə qəbul və müsahibə
Vakansiya profili, elanın mətni, CV-lərin seçimi, strukturlu müsahibə, test tapşırığı, təklif və sınaq müddəti.
LinkedIn, Microsoft Excel
340 ₼
şirkət üçün 380 ₼
Ən yaxın qrup
Ş. 21 noy · şənbə 10:00–14:00 · AZ · SinifdəSon yerlər: 3 yer qalıb, qrup açılır
Orta12 saat3 həftə
Rəhbərlər üçün əmək hüququ
Rəhbərin bilməli olduğu maddələr: sınaq müddəti, iş vaxtı və artıq iş, məzuniyyət, intizam tənbehi, ixtisar.
220 ₼
şirkət üçün 240 ₼
Hansı kursdan başlamalı
«Əmək Məcəlləsi üzrə kadr işi» sahənin əsasıdır: ondan sonra əmək haqqı və rəhbərlər üçün əmək hüququ gəlir. İşə qəbul kursunu ayrıca götürmək olar.
Kimlər üçün
Kadr işinə yeni başlayanlar, əmək haqqını hesablayan mühasiblər, işçini özü seçən şöbə rəhbərləri və sahibkarlar üçün.
Başlanğıc səviyyə
- Əmək Məcəlləsi üzrə kadr işi
40 saat, 450 ₼
Sonra: Əmək haqqının hesablanması, Rəhbərlər üçün əmək hüququ
- Əmək Məcəlləsi üzrə kadr işi
Orta səviyyə
- Əmək haqqının hesablanması
30 saat, 360 ₼
- İşə qəbul və müsahibə
24 saat, 340 ₼
- Rəhbərlər üçün əmək hüququ
12 saat, 220 ₼
- Əmək haqqının hesablanması
Sahənin müəllimləri
Gülnar Hacıyeva
Yeni rəhbərlər üçün liderlik
Əlaqə mərkəzinin direktoru, 120 nəfərlik komanda, 18 il təcrübə
Profil və pulsuz məsləhətLalə Mustafayeva
Kadr işi və işə qəbul
Logistika şirkətinin HR meneceri, 12 il təcrübə
Profil və pulsuz məsləhətAytən Novruzova
Əmək haqqının hesablanması
Xidmət şirkətində 900 işçinin əmək haqqını hesablayan mühasib, 10 il təcrübə
Profil və pulsuz məsləhətZaur Kərimli
Əmək hüququ
Hüquq firmasında əmək mübahisələri üzrə hüquqşünas, 14 il təcrübə
Profil və pulsuz məsləhət
Suallar
Digər sahələr
Kurslar Əmək Məcəlləsinin son dəyişiklikləri ilə keçirmi?
Bəli. Proqram Məcəllənin qüvvədə olan mətni ilə qurulub, müəllim hər qrupdan əvvəl ilin dəyişikliklərini əlavə edir. Əmək müqaviləsini, əmrləri və məzuniyyət hesabını nümunə sənədlərlə doldururuq.
Əmək haqqı kursu üçün 1C bilmək lazımdırmı?
Xeyr. Hesabları əvvəlcə Excel-də aparırıq ki, hər rəqəmin haradan gəldiyi aydın olsun; sonra eyni ayı «1C:Əmək haqqı və kadrlar» proqramında bağlayırıq.
Rəhbərlər üçün əmək hüququ kursu nə qədər çəkir?
12 saat: üç şənbə və ya üç bazar, 10:00–14:00. İşə götürmək, intizam tənbehi, müqaviləyə xitam və mübahisə çıxanda nə etməli.
Bu sahədə komanda təlimi
Sahənin istənilən kursunu ofisinizdə, akademiyada və ya onlayn, yalnız sizin əməkdaşlarınız üçün keçirik; misallar şirkətin öz işindən olur.