Əsas məzmuna keçin

Orta səviyyəHR və əmək hüququ

Rəhbərlər üçün əmək hüququ

Rəhbərin bilməli olduğu maddələr: sınaq müddəti, iş vaxtı və artıq iş, məzuniyyət, intizam tənbehi, ixtisar.

Saat
12
Müddət
3 həftə
Qrup
16 nəfərədək
Format
Sinifdə
Dərs dili
AZ, RU

Yaxın qruplar

Altı nəfər yazılanda qrup mütləq açılır. Yazılış ilk dərsdən bir gün əvvəl 18:00-⁠da bağlanır.

Bütün kursların cədvəli
TarixlərGünlər və saatDilFormatYerlərBu qrupa yazılın
Ş. 24 okt – Ş. 7 noy3 dərsGünlər və saatşənbə 10:00–14:00DilAzərbaycan dilindəFormatSinifdəYerlər6 yer qalıbQrup açılırBu qrupa yazılın
Ş. 21 noy – Ş. 5 dek3 dərsGünlər və saatşənbə 10:00–14:00DilAzərbaycan dilindəFormatSinifdəYerlər5 yer qalıbQrup açılırBu qrupa yazılın
B. 22 noy – B. 6 dek3 dərsGünlər və saatbazar 10:00–14:00DilRus dilindəFormatSinifdəYerlər7 yer qalıbQrup açılırBu qrupa yazılın
Ş. 19 dek – Ş. 9 yan3 dərsGünlər və saatşənbə 10:00–14:00DilAzərbaycan dilindəFormatSinifdəYerlər2 yer qalıbQrup açılırBu qrupa yazılın
B. 3 yan – B. 17 yan3 dərsGünlər və saatbazar 10:00–14:00DilRus dilindəFormatSinifdəYerlər11 yer qalıbBu qrupa yazılın
Ş. 16 yan – Ş. 30 yan3 dərsGünlər və saatşənbə 10:00–14:00DilAzərbaycan dilindəFormatSinifdəYerlər9 yer qalıbQrup açılırBu qrupa yazılın

Proqram

  1. Sınaq müddəti, iş vaxtı və artıq iş3 saat
  2. Məzuniyyətlər və onları rədd etmək halları3 saat
  3. İntizam tənbehi: qayda, müddət, sənəd3 saat
  4. İxtisar, xitam və məhkəməyə getməmək üçün nə etməli3 saat
  5. Cəmi12 saat

Kursdan sonra bacaracaqsınız

  • Əməkdaşla bağlı qərarın qanuna uyğun olub-olmadığını bilmək
  • Tənbehi düzgün qaydada və vaxtında vermək
  • HR-a hansı sənədin lazım olduğunu əvvəlcədən demək

Əvvəlcədən nə lazımdır

Rəhbər vəzifəsində iş.

Yekun layihə və sertifikat

Beş real vəziyyətin təhlili: rəhbər nə edə bilər, nə edə bilməz və hansı maddəyə görə.

Sertifikat dərslərin 80%-⁠də iştirak edib yekun layihəni 60 baldan yuxarı təhvil verənə verilir. Bu, akademiyanın öz sertifikatıdır, dövlət sənədi deyil; nömrəsi saytda yoxlanır.

Sertifikatı yoxlayın

Sertifikat

Verilir

Ad Soyad

«Rəhbərlər üçün əmək hüququ» kursunu bitirdiyinə görə

Həcmi: 12 saat · Yekun layihə: 91/100

Nömrə PS-2026-···· · pilleakademiya.az/certificates-də yoxlanır

Sertifikat nümunəsi

Müəllimlər

Suallar

Konkret işimiz üzrə məsləhət almaq olarmı?

Dərsdə vəziyyəti adlar çəkmədən müzakirə edə bilərsiniz. Hüquqi məsləhət və sənədin yoxlanışı kursun hissəsi deyil; bunun üçün vəkilə müraciət edin.

Fikrimi dəyişsəm, pulumu qaytara bilərəmmi?

Birinci dərsədək ödədiyinizin hamısı qaytarılır. Dərslər başlayandan sonra keçirilməmiş dərslərin pulu qaytarılır, 10 iş günü ərzində karta. Yazılışı «Yazılışınız» səhifəsində nömrə və telefonla ləğv edə bilərsiniz.

Başqa qrupa keçmək olarmı?

Bəli, başlanğıca 3 gün qalanadək bir dəfə, pulsuz: «Yazılışınız» səhifəsində eyni kursun başqa qrupunu seçin.

Bu kurs komandanız üçün

Kursu ofisinizdə və ya onlayn, yalnız sizin əməkdaşlarınız üçün keçə bilərik; misallar şirkətin öz məlumatından olur.

Zəng edin

220 ₼12 saat

Yazılış