Toydan 10 gün əvvəl menecer sizə zəng edib bir rəqəm soruşur: neçə qonaq olacaq. Bu rəqəmlə hesabın yarısı ödənilir, mətbəx, zal və ofisiantlar ona görə hazırlaşır. Niyə məhz 10 gün olduğunu və o rəqəmi dəvət siyahısından necə çıxarmağı yazırıq.
Son 10 gündə nə baş verir
- 10 gün əvvəlQonaq sayı və menyu bağlanır, hesabın yarısı ödənilir.
- 7 gün əvvəlMətbəx əti, balığı və tərəvəzi sifariş edir. Quzu və nərə balığı tədarükçüdən bir həftə qabaqcadan istənilir.
- 5 gün əvvəlZalın planı çəkilir: neçə masa, harada, hansı ailə hansı masada oturur. Planı sizə göndəririk.
- 3 gün əvvəlOfisiantların növbəsi bağlanır: hər iki masaya bir ofisiant. Qonaq sayını artırmaq üçün son gün də budur.
- Tədbir günüZal 15:00-dan qurulur, qalan hesab tədbir günü ödənilir.
Rəqəm 10 gün əvvəl bağlanandan sonra artıra bilərsiniz, azalda bilməzsiniz: ət alınıb, masalar sayılıb. Gələn qonaq az olsa, hesab yenə də bildirdiyiniz saya yazılır.
Dəvət siyahısından son rəqəmə
Bakı toylarında dəvətnamə çox vaxt ailəyə verilir, adama yox. Siyahını ailə ilə yox, adamla sayın: «Məmmədovlar» dörd nəfər də ola bilər, yeddi də. Bizim hesabımıza görə dəvət olunanların 85–90%-i gəlir: 400 nəfər çağırmısınızsa, 340–360 qonağa hazırlaşın.
- Uşaqları ayrıca sayın. 7 yaşadək uşaqlar ayrıca yer tutmursa, pulsuzdur. 7–12 yaş: menyunun yarı qiyməti.
- Musiqiçilər, fotoqraf və videoqraf da süfrəyə oturur: onlara ayrıca masa qoyulur və qonaq sayına əlavə olunur. Adətən 6–10 nəfər olur.
- Rayondan və xaricdən gələn qohumları son həftədə bir də soruşun: ən çox dəyişən rəqəm onlardır.
- Ehtiyat üçün 10–15 nəfər artıq yazmayın. Rəqəmi 3 gün əvvələdək artırmaq olar, artıq yazılan qonaq isə ödənilir.
Bir nümunə: Ayna zalı, şənbə, Klassik menyu
| Məbləğ | |
|---|---|
| Qonaq | 280 nəfər, 28 masa |
| Adambaşı, həftə sonu | 98 ₼ |
| Cəmi | 27 440 ₼ |
| Beh, tarixi tutanda | 1 000 ₼ |
| 10 gün əvvəl, hesabın yarısı | 13 720 ₼ |
| Tədbir günü, beh çıxılmaqla | 12 720 ₼ |
Ayna zalında şənbə minimumu 220 qonaqdır: rəqəm ondan aşağı düşsə, hesab 220 nəfərə yazılır. Yuxarı isə 340 nəfərədək yer var.
Qonaq sayını tədbirdən 10 gün əvvəl dəqiqləşdirirsiniz və hesabın yarısını ödəyirsiniz; qalanı tədbir günü ödənilir.



