
Yaşıl Qapı Klinikası
Atatürk prospekti 58, Nərimanov
2-ci mərtəbə, 204-cü otaq
- B.e., Ç., C.
- 10:00–16:00
Nərimanov metrosundan 5 dəqiqə piyada. Klinikanın həyətində pulsuz parkinq var.
Xəritədə aç (yeni pəncərədə)Ən tez cavabı WhatsApp-da verirəm. Gün və klinikanı mesajda razılaşdırırıq.

Atatürk prospekti 58, Nərimanov
2-ci mərtəbə, 204-cü otaq
Nərimanov metrosundan 5 dəqiqə piyada. Klinikanın həyətində pulsuz parkinq var.
Xəritədə aç (yeni pəncərədə)
Üzeyir Hacıbəyov küçəsi 21, Səbail
1-ci mərtəbə, dermatologiya kabineti
Sahil metrosundan 7 dəqiqə piyada. Parkinq küçə boyuncadır, axşam saatlarında yer tapmaq çətin olur.
Xəritədə aç (yeni pəncərədə)WhatsApp işlətmirsinizsə, formu doldurun: sizə zəng edib gün və klinikanı birlikdə seçək.
Qəbula yazılmaq, qiymətlər, analizlər və qəbuldan əvvəl nələri bilmək lazımdır.
WhatsApp-da yazın və ya zəng edin. Hansı gün hansı klinikada olduğumu cədvəldə görürsünüz; uyğun gün və saatı mesajda razılaşdırırıq. İş saatlarında yazılan mesajlara eyni gün cavab verirəm.
Bəli. Müayinə və prosedurların qiyməti klinikadan asılı deyil. Yalnız laboratoriya analizləri klinikanın öz qiymətləri ilə ödənilir.
Şəkil ilkin fikir verir, amma diaqnoz üçün kifayət deyil: dəriyə dermatoskopla baxmaq lazımdır. İlk dəfə mütləq müayinəyə gəlin; müalicə başlayandan sonra gedişatı şəkillə WhatsApp-da izləyə bilirik.
Beş əlamətə baxın: xal asimmetrikdir, kənarları cırıqdır, bir neçə rəngi var, diametri 6 mm-dən böyükdür və ya son aylarda dəyişib. Bunlardan biri varsa, gecikdirmədən müayinəyə gəlin. Heç biri yoxdursa da, ildə bir dəfə yoxlatmaq yaxşıdır.
Bəli, 3 yaşdan, valideynlə birlikdə. Uşaqlarda ən çox ekzema, ziyil və göbələklə gəlirlər.
Yaşıl Qapı Klinikası bəzi sığorta şirkətləri ilə işləyir. Qəbuldan əvvəl sığorta şirkətinizə və klinikanın qeydiyyatına zəng edib dəqiqləşdirin.
Diaqnozu və müalicə planını əksər hallarda elə müayinədə deyirəm. Analiz lazım olsa, nəticə 2–5 günə hazır olur və WhatsApp-a göndərilir.
Bunlar müayinəni dəqiq və qısa edir.
Saytdakı məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Təcili vəziyyətdə 103-ə zəng edin.