Xidmətlər və qiymətlər
Nələri müalicə edirəm, bədənin hansı nahiyəsinə görə. Nömrələr ana səhifədəki xəritə ilə eynidir.

Qiymətlər
Qiymətlər hər iki klinikada eynidir. Laboratoriya analizləri klinikanın kassasında ayrıca ödənilir. Ödəniş nağd və ya kartla.
Müayinə və məsləhət
- İlkin müayinə30 dəqiqə, dermatoskopla baxış daxil
- 60 ₼
- Təkrar müayinəilk müayinədən sonrakı 14 gün ərzində
- 30 ₼
- Onlayn məsləhətvideo zəng, 20 dəqiqə; yalnız mövcud pasiyentlər üçün
- 40 ₼
- Müalicə zamanı WhatsApp-da suallar
- pulsuz
Diaqnostika
- Dermatoskopiya10 xala qədər
- 50 ₼
- Bütün bədənin xal xəritəsihər xalın şəkli arxivdə saxlanır
- 120 ₼
- Trixoskopiyasaç və baş dərisi
- 50 ₼
- Göbələk analizimikroskopiya, nəticə 2 gündə
- 20 ₼
Prosedurlar
- Ziyilin dondurulması1 ədəd; hər əlavə ziyil 10 ₼
- 25 ₼
- Xalın götürülməsiradiodalğa, 1 ədəd; histoloji analiz ayrıca
- 80 ₼
- Kimyəvi pilinqsızanaq və ləkələr üçün
- 90 ₼
- Ocaqlı saç tökülməsinə inyeksiya1 seans
- 40 ₼
Prosedurlar ilkin müayinədən sonra, lazım olduqda edilir.
Nələri müalicə edirəm
Üz
Sızanaq, ləkələr, qızartı
- İlkin müayinə
- 60 ₼
- Kimyəvi pilinq
- 90 ₼
Sızanaq (akne)
Səbəbini tapırıq: hormonlar, qulluq, qidalanma. Müalicə adətən 3–6 ay çəkir.
Sızanağı sıxmayın: iz qalma ehtimalı bir neçə dəfə artır.
Rozasea və qızartı
Yanaq və burunda davamlı qızartı, damarlar, istidə alovlanma.
Günəş, isti çay və spirtli içki qızartını gücləndirir.
Piqment ləkələri və melazma
Hamiləlikdən, günəşdən və ya sızanaqdan sonra qalan ləkələr.
Günəşdən qorunmadan heç bir ağardıcı krem nəticə vermir.
Seboreyik dermatit
Qaş, burun kənarı və saç xəttində qabıqlanma və qaşınma.
Sağalmır, amma düzgün qulluqla illərlə sakit qalır.
Baş dərisi və saç
Saç tökülməsi, kəpək, qaşınma
- Trixoskopiya
- 50 ₼
- İlkin müayinə
- 60 ₼
Saç tökülməsi
Trixoskopla saç kökünə baxıb tökülmənin növünü müəyyən edirik.
Gündə 100 telədək tökülmə normaldır.
Ocaqlı saç tökülməsi
Başda və ya saqqalda dəyirmi, tüksüz sahələr.
Erkən müalicə olunduqda saç çox vaxt geri çıxır.
Kəpək və seboreya
Qaşınan, yağlı və ya quru pulcuqlar.
Dərman şampunu həftədə 2 dəfə kifayətdir, hər gün yox.
Bədən və xallar
Xal yoxlanışı, ekzema, psoriaz
- Dermatoskopiya, 10 xala qədər
- 50 ₼
- Bütün bədənin xal xəritəsi
- 120 ₼
Xalların yoxlanması
Hər xala dermatoskopla baxıram, şübhəli olanları şəkillə izləyirik.
Böyüyən, rəngi və ya forması dəyişən xalı gecikdirmədən göstərin.
Ekzema (atopik dermatit)
Quru, qaşınan, qızaran dəri; uşaqlarda və böyüklərdə.
Nəmləndirici krem müalicənin yarısıdır, gündə iki dəfə.
Psoriaz
Dirsək, diz və belində gümüşü pulcuqlu lövhələr.
Yoluxucu deyil. Stress və siqaret alovlanmanı artırır.
Övrə və allergik səpgilər
Birdən çıxan, qaşınan qabarlar; qida, dərman və ya soyuqdan.
Dodaq və dil şişirsə, gözləmədən 103-ə zəng edin.
Əllər və dırnaqlar
Dırnaq göbələyi, ziyil, əl ekzeması
- Göbələk analizi
- 20 ₼
- Ziyilin dondurulması, 1 ədəd
- 25 ₼
Dırnaq göbələyi
Saralan, qalınlaşan, ovulan dırnaq. Əvvəl analiz, sonra müalicə.
Analizsiz başlanan müalicə çox vaxt boşa gedir.
Ziyillər
Barmaqlarda və ovucda sərt, kələ-kötür törəmələr.
Kəsib qoparmayın: ziyil ətrafa yayılır.
Əl ekzeması
Yuyucu vasitələrdən, əlcəkdən, sudan çatlayan və qaşınan əllər.
Qab yuyanda pambıq əlcək üstündən rezin əlcək geyinin.
Ayaqlar
Göbələk, daban ziyili, çatlar
- Göbələk analizi
- 20 ₼
- İlkin müayinə
- 60 ₼
Ayaq göbələyi
Barmaq arasında qaşınma, soyulma, xoşagəlməz iy.
Ayaqqabını da müalicə etmək lazımdır, yoxsa geri qayıdır.
Daban ziyili
Yeriyəndə ağrıyan, döyənəyə bənzəyən sərt nöqtə.
Döyənəkdən fərqli olaraq içində qara nöqtələr görünür.
Quruluq və çatlar
Dabanda dərin, bəzən qanayan çatlar.
Şəkərli diabetiniz varsa, çatları gecikdirmədən göstərin.
Qəbulda nə ilə baxıram
Dermatoskop dərini on dəfə böyüdür və səthin altındakı naxışı göstərir: xalın təhlükəli olub-olmadığını adi gözlə yox, bununla deyirik. Saç və baş dərisi üçün eyni işi trixoskop görür.

