Əsas məzmuna keçin

Bakıda 150 ₼-⁠dan pulsuz çatdırılma

TEZLİKTEZLİK ana səhifə

Trade-⁠in: köhnə telefonu yenisinə

Köhnə iPhone və ya Galaxy-⁠ni təhvil verin, dəyəri yeni alışdan çıxılsın. Bu ay hər təklifə +10% əlavə edirik.

Telefonunuzun dəyəri

Vəziyyəti
Təhvil verməzdən əvvəl

Necə işləyir

  1. Saytda və ya mağazada model, yaddaş və vəziyyəti seçirsiniz, təklifi görürsünüz.
  2. Kodu alıb yeni məhsulu səbətə atırsınız; kod məbləği sifarişdən çıxır.
  3. Köhnə telefonu kuryerə və ya mağazada verirsiniz: usta IMEI-ni, ekranı, kameranı və batareyanı yoxlayır.
  4. Məlumatları silməyi unutmayın: «Ayarlar → Ümumi → Köçür və ya sıfırla». Kömək lazımdırsa, mağazada edirik.

Şərtlər

  • Qəbul edirik: siyahıdakı iPhone və Samsung Galaxy modellərini, açılan və hesabdan çıxarılmış halda.
  • Qəbul etmirik: açılmayan, suya düşmüş, ana platası təmir olunmuş və ya oğurluq siyahısında olan telefonları.
  • Bir alışa bir kod; kod pula çevrilmir, yalnız yeni alışda istifadə olunur.
  • Qiymətlər ayın əvvəlində yenilənir; aldığınız kod 14 gün ərzində dəyişmir.