Əsas məzmuna keçin
ƏrğuvanTibb mərkəzi · BakıAna səhifə

Check-up paketləri

Bir ziyarətdə analizlər, müayinələr və həkim qəbulu. Səhər ac qarına gəlin; nəticələrin çoxu ertəsi gün hazır olur və həkim onları sizinlə birlikdə oxuyur.

Tibb bacısı check-up zamanı təzyiq ölçür
  • Əsas check-up

    Kimə:
    18 yaşdan yuxarı, ildə bir dəfə; şikayəti olmayanlar üçün
    Müddət:
    təxminən 2 saat
    Filiallar:
    Nəsimi, Yasamal, Xətai

    Paketə daxildir

    • Terapevt qəbulu və nəticələrin izahı
    • Ümumi qan və sidik analizi
    • Qlükoza, xolesterin, ALT, AST, kreatinin
    • EKQ
    • Qarın boşluğu orqanlarının USM-i

    119 ₼Ayrı-ayrılıqda: 164 ₼45 ₼ qənaət

    Paketə yazılın
  • Ürək və damarlar

    Kimə:
    40 yaşdan sonra, yüksək təzyiq, xolesterin və ya ailədə ürək xəstəliyi olanda
    Müddət:
    təxminən 2,5 saat
    Filiallar:
    Nəsimi, Yasamal

    Paketə daxildir

    • Kardioloq qəbulu
    • EKQ
    • Exokardioqrafiya
    • Boyun damarlarının doppleri
    • Lipid profili, qlükoza, HbA1c

    189 ₼Ayrı-ayrılıqda: 252 ₼63 ₼ qənaət

    Paketə yazılın
  • Qadın sağlamlığı

    Kimə:
    25 yaşdan yuxarı qadınlar, ildə bir dəfə
    Müddət:
    təxminən 3 saat
    Filiallar:
    Nəsimi, Yasamal, Xətai

    Paketə daxildir

    • Ginekoloq qəbulu
    • PAP-test
    • Kiçik çanaq və süd vəzilərinin USM-i
    • Ümumi qan analizi, ferritin
    • TSH və D vitamini

    219 ₼Ayrı-ayrılıqda: 291 ₼72 ₼ qənaət

    Paketə yazılın
  • Kişi sağlamlığı, 40+

    Kimə:
    40 yaşdan yuxarı kişilər
    Müddət:
    təxminən 2,5 saat
    Filiallar:
    Nəsimi, Xətai

    Paketə daxildir

    • Uroloq qəbulu
    • PSA
    • Prostat, böyrəklər və sidik kisəsinin USM-i
    • Ümumi qan analizi, HbA1c, lipid profili
    • EKQ

    199 ₼Ayrı-ayrılıqda: 268 ₼69 ₼ qənaət

    Paketə yazılın
  • Uşaq: məktəbə hazırlıq

    Kimə:
    5–7 yaş; məktəb üçün 086 arayışı da daxildir
    Müddət:
    təxminən 1,5 saat
    Filiallar:
    Nəsimi, Yasamal

    Paketə daxildir

    • Pediatr, LOR və oftalmoloq müayinəsi
    • Ümumi qan və sidik analizi
    • EKQ
    • 086 forması üzrə arayış

    89 ₼Ayrı-ayrılıqda: 125 ₼36 ₼ qənaət

    Paketə yazılın
  • Geniş check-up, bir gündə

    Kimə:
    Uzun müddət həkimə getməyənlər üçün; yalnız Nəsimi filialında
    Müddət:
    4–5 saat, səhər 8:00-dan
    Filiallar:
    Nəsimi

    Paketə daxildir

    • Terapevt və kardioloq qəbulu
    • Geniş qan paneli: biokimya, lipidlər, HbA1c, TSH, D vitamini, ferritin
    • Ümumi sidik analizi
    • EKQ və exokardioqrafiya
    • Qarın boşluğu və qalxanabənzər vəzin USM-i
    • Döş qəfəsinin rentgeni
    • Oftalmoloq müayinəsi
    • Nəticələr üzrə yazılı plan, 2 həftə sonra pulsuz təkrar qəbul

    449 ₼Ayrı-ayrılıqda: 612 ₼163 ₼ qənaət

    Paketə yazılın
Tibb bacısı venadan qan götürür

Check-up günü necə keçir

08:00–10:30
Gəlirsiniz, qan və sidik analizi verirsiniz. Koordinator sizi bütün kabinetlərə növbəsiz aparır.
Səhər ərzində
USM, EKQ və digər müayinələr, sonra həkim qəbulu. Səhər yeməyi üçün fasilə verilir.
Ertəsi gün
Nəticələr e-poçta gəlir. Həkim telefonla və ya qəbulda izah edir və növbəti addımları yazır.

Şirkətlər üçün

Əməkdaşları üçün check-up təşkil etmək istəyən şirkətlərə 10 nəfərdən 15% endirim edirik. Müayinəni sizə uyğun günə planlaşdırırıq və ay sonunda bir hesab-faktura göndəririk.

qeydiyyat@erguvan-tibb.az