Əsas məzmuna keçin

Qan götürülməsi 07:30-dan, ac qarına

damlalaboratoriyadamla laboratoriya, ana səhifə

Həkimlərə

Xəstənizə analizləri burada seçin və kod alın. Xəstə kodu səbətdə yazanda seçdiyiniz analizlər səhvsiz əlavə olunur; nəticəni xəstənin razılığı ilə sizə də göndəririk.

Göndəriş yazın

Kod 30 gün qüvvədədir. Onda yalnız analizlər, sizin adınız və xəstənin inisialları saxlanılır.

Məsələn: Dr. Leyla Səfərova

Məsələn: Endokrinoloq, Yasamal

Kritik nəticədə zəng üçün

Analizlər

Tez seçilənlər

Seçilib

Hələ analiz seçilməyib.

Məsələn: A. M. Tam ad koda yazılmır.

Məsələn: tsiklin 3–5-ci günü, cito

Kodu yoxlayın

Xəstə və ya filialın qeydiyyatçısı kodu yazanda göndərişdəki analizləri görür və onları səbətə əlavə edir.

Nümunə kodlar: , ,

Nəticə həkimə

  • Göndərişdə e-poçtunuzu yazsanız və xəstə filialda razılıq versə, nəticə hazır olan kimi PDF ilə sizə də gəlir.
  • Nəticəni laboratoriya həkimi təsdiqləyir. PDF-də nümunənin götürülmə vaxtı, analizator və xəstənin yaşına və cinsinə görə istinad intervalları var.
  • Kritik nəticədə, məsələn kalium və ya qlükoza həyati həddən kənardırsa, laboratoriya həkimi xəstəyə və göndərişdəki telefonunuza zəng edir.
Analizatorlar və keyfiyyətə nəzarət

Klinikalar üçün

Müqaviləli klinikada nümunəni klinikanın öz tibb bacısı götürür, kuryerimiz isə iş günləri 11:00 və 15:00-da aparır. Nəticə klinikanın e-poçtuna gəlir, analizlər ayın sonunda bir hesab-faktura ilə ödənir. Ailə həkimləri, ginekoloji və endokrinoloji kabinetlər, stomatologiya mərkəzləri ilə işləyirik.

Klinika kimi qoşulun

Laboratoriya həkimi ilə əlaqə

Nəticə, metod və ya nümunə barədə sualınız varsa: bazar ertəsi–şənbə, 08:00–18:00.