Əsas məzmuna keçin

Qan götürülməsi 07:30-dan, ac qarına

damlalaboratoriyadamla laboratoriya, ana səhifə

GLUQlükoza (qanda şəkər)

Nə göstərir

Ac qarına qanda şəkərin miqdarı. Diabetin ilk yoxlanışıdır.

Nəticəni həkiminiz oxuyur: laboratoriya diaqnoz qoymur və müalicə təyin etmir. Nəticə blankında hər göstəricinin yanında referens hədləri yazılır.

Nümunə

Qısa kod
GLU
Nə götürülür
Venadan qan
Qab
Boz qapaqlı flüorid borusu
İcra müddəti
Həmin gün 18:00-da, nümunə 12:00-dək götürüləndə
Evdə götürmək
Bəli, tibb bacısı evə gəlir

Hazırlıq

  • Son yeməkdən 8 saat sonra, ac qarına. Su içmək olar.
  • Bir gün əvvəl alkoqol içməyin, yağlı yeməkdən çəkinin.
  • Bir gün əvvəl ağır idman etməyin.
Hazırlıq qaydaları ətraflı

Referens hədləri

Kim üçünHədd
Hamı3,9–5,5 mmol/L

Bu hədlər Damla-nın analizatorları və üsulları üçündür; başqa laboratoriyanın hədləri bir qədər fərqli ola bilər.

Bu analiz bu check-uplarda var

Bölmənin bütün analizləri