Əsas məzmuna keçin

Qan götürülməsi 07:30-dan, ac qarına

damlalaboratoriyadamla laboratoriya, ana səhifə

COPRONəcisin ümumi analizi (koproqram)

Nə göstərir

Həzmin necə getdiyi: yağ, nişasta, əzələ lifləri, mikroskopda iltihab hüceyrələri.

Nəticəni həkiminiz oxuyur: laboratoriya diaqnoz qoymur və müalicə təyin etmir. Nəticə blankında hər göstəricinin yanında referens hədləri yazılır.

Nümunə

Qısa kod
COPRO
Nə götürülür
Nəcis
Qab
Qaşıqlı steril nəcis qabı (filialda pulsuz verilir)
İcra müddəti
1 iş günü, nümunə 12:00-dək götürüləndə; nəticə 18:00-da
Evdə götürmək
Bəli, tibb bacısı evə gəlir

Hazırlıq

  • Ac qalmaq lazım deyil
  • 3 gün işlətmə dərmanı və şam qəbul etməyin. Nəcisi steril qaba yığıb 3 saat ərzində gətirin.
  • Antibiotikdən ən azı 14 gün sonra; antibiotik içirsinizsə, həkiminizə deyin.
Hazırlıq qaydaları ətraflı
Bölmənin bütün analizləri