Sağlamlıq, təhlükəsizlik, ətraf mühit
Hər il 1,4–1,7 milyon iş saatı işləyirik. Göstəriciləri hər il dərc edirik; hər işçi təhlükə görəndə işi dayandıra bilər.
İtirilmiş iş günü ilə son hadisədən bəri584 gün18 mart 2025
Hadisə və ya təhlükəli hal barədə məlumat
Siyasət
- İş icazəsi olmadan yüksək riskli iş başlamır: hündürlükdə, qapalı məkanda, odlu işlər, yükqaldırma, elektrik.
- Hər növbə təhlükəsizlik brifinqi ilə başlayır; brifinq jurnala yazılır.
- Hər işçi və subpodratçı işi dayandıra bilər; bunun üçün heç kim cəzalandırılmır.
- Hadisə və təhlükəli hal barədə məlumat 24 saat ərzində sistemə düşür, araşdırma 10 iş günündə bitir.
- Neftli su, qazma tullantısı və işlənmiş yağ yığılır və emal olunur; torpağa və dənizə axıdılmır.
Rauf Hüseynov, baş direktor. Qüvvədə: 15 yanvar 2026.
İllər üzrə göstəricilər
Öz işçilərimiz və obyektlərimizdə işləyən subpodratçılar birlikdə.
2021
- İş saatları
- 1 412 000
- LTI
- 2
- Qeydə alınan hadisələr
- 7
- TRIR
- 0,99
- LTIF
- 1,42
- Təhlükəli hal məlumatları
- 184
2022
- İş saatları
- 1 538 000
- LTI
- 1
- Qeydə alınan hadisələr
- 6
- TRIR
- 0,78
- LTIF
- 0,65
- Təhlükəli hal məlumatları
- 236
2023
- İş saatları
- 1 604 000
- LTI
- 1
- Qeydə alınan hadisələr
- 5
- TRIR
- 0,62
- LTIF
- 0,62
- Təhlükəli hal məlumatları
- 291
2024
- İş saatları
- 1 688 000
- LTI
- 1
- Qeydə alınan hadisələr
- 4
- TRIR
- 0,47
- LTIF
- 0,59
- Təhlükəli hal məlumatları
- 342
2025
- İş saatları
- 1 742 000
- LTI
- 1
- Qeydə alınan hadisələr
- 3
- TRIR
- 0,34
- LTIF
- 0,57
- Təhlükəli hal məlumatları
- 377
2026, yanvar–sentyabr
- İş saatları
- 1 318 000
- LTI
- 0
- Qeydə alınan hadisələr
- 2
- TRIR
- 0,30
- LTIF
- 0,00
- Təhlükəli hal məlumatları
- 301
Nə deməkdir
- LTI
- İtirilmiş iş günü ilə hadisə: zərər çəkən hadisədən sonrakı ən azı bir növbəyə çıxa bilmir.
- Qeydə alınan hadisə
- LTI, yüngül işə keçirmə və ilk yardımdan artıq tibbi müalicə tələb edən hər hadisə.
- TRIR
- Qeydə alınan hadisələr × 200 000 / iş saatları: təxminən 100 tam ştatlı işçiyə bir ildə düşən hadisə.
- LTIF
- LTI × 1 000 000 / iş saatları: bir milyon iş saatına düşən LTI.
İşi dayandırmaq səlahiyyəti
Obyektdə hər kəs, o cümlədən subpodratçı və sürücü, təhlükə görəndə işi dayandıra bilər. Briqada dayanır, usta yerə gəlir, risk aradan qalxmayınca iş başlamır. Əmək Məcəlləsinin 230-cu maddəsinə görə təhlükəsiz şərait təmin edilməyəndə işçi işdən imtina edə bilər və buna görə məsuliyyət daşımır.
Hava şəraitinə görə iş nə vaxt dayanır
Əmək Məcəlləsinin 2-ci əlavəsindən; külək Bofort şkalası ilə (bal). Biz həddə çatmadan, proqnoza baxıb planı dəyişirik.
| İş | Hədd |
|---|---|
| Açıq havada və sərinləşdirici olmayan binalarda bütün işlər, havanın temperaturu bundan yuxarı | 41 °C |
| Quruda kranla bütün işlər, külək bu və daha çox | 6 bal |
| Dənizdə kran gəmiləri ilə tikinti-quraşdırma və sökmə, külək bundan çox | 4 bal |
| Aşağı vəziyyətdə qaynaq, dənizdə, külək bundan çox | 4 bal |
| Şaquli və tavan vəziyyətində qaynaq, dənizdə, külək bundan çox | 3 bal |
| Daimi dəniz özüllərində istismar edilən quyularda işlər, külək bundan çox | 6 bal |
| Qazma quyularında alətlərin qaldırılması, külək bundan çox | 8 bal |
| Quyunun yuyulmasından başqa buruqda bütün işlər, külək bundan çox | 10 bal |
| Açıq havada işlər dayanır və ya isinmə fasilələri verilir: bu temperatur və külək 3 baldan çox olanda | −10 °C |
Subpodratçıların ilkin seçimi
Obyektlərimizdə işləyən hər subpodratçı əvvəlcə bu yoxlamadan keçir.
Anket və sənədlər
SƏTƏM siyasəti, son 3 ilin göstəriciləri, sığorta, işçilərin sertifikatları, texnikanın sənədləri.
Sənədlərə baxış
5 iş günü; çatışmayan sənəd yazılı bildirilir.
Obyektdə audit
Yüksək riskli işlər üçün: yükqaldırma, odlu işlər, qapalı məkan, hündürlükdə iş.
Qiymət və təsdiq
100 baldan ən azı 70; təsdiq 2 il qüvvədədir, hər işdən sonra nəticə qiymətləndirilir.
Sertifikatlar
ISO 9001:2015
Keyfiyyətin idarə edilməsi · 2006-cı ildən
ISO 14001:2015
Ətraf mühitin idarə edilməsi · 2011-ci ildən
ISO 45001:2018
Əməyin mühafizəsi və təhlükəsizliyi · 2019-cu ildən
Təcili halda
Əvvəlcə 112-yə zəng edin. Sonra dispetçerimizə: gecə-gündüz cavab verir. İstehsalatda bədbəxt hadisə barədə həmin gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat veririk (Əmək Məcəlləsi, 217-ci maddə).
Dispetçer: +994 12 555 63 11Hadisə və ya təhlükəli hal barədə məlumat
İşçilərimiz, subpodratçılar və yaxınlıqdakı sakinlər üçün. Adınızı yazmadan da göndərə bilərsiniz. Hər məlumata SƏTƏM xidməti 24 saat ərzində baxır.
Əmək Məcəlləsinin maddələri 2026-cı ilin oktyabr ayına görə yoxlanılıb.