Əsas məzmuna keçin

Təmir qurğusunun yataqa və geri daşınması

46 tonluq təmir qurğusu və 4 köməkçi blok, bazadan Siyəzən yaxınlığındakı yataqa və 40 gündən sonra geri.

QiymətləndirilirBağlanıb: 20 oktyabr

Nə alırıq

Quyu təmiri üçün qurğunu bazadan təxminən 110 km-lik məsafəyə aparırıq, iş bitəndən sonra geri gətiririk. Hər iki istiqamət bir lotdur.

Ağır və iriqabaritli yük üçün yol icazəsini və müşayiəti daşıyıcı alır. Yükləmə və boşaltmada bizim kranımız və stropçularımız işləyir.

Təklifdə nə olmalıdır

  • Alçaq platformalı qoşqunun yük götürmə qabiliyyəti ən azı 60 t
  • Sürücülərin iriqabaritli yük daşıma təcrübəsi
  • Bütün reyslərin qiyməti, icazə və müşayiət daxil, ƏDV ayrıca

Qiymət cədvəli

  • Təmir qurğusu (özüyeriyən deyil), alçaq platformalı qoşquda

    46 t, 16,8 × 3,0 × 4,2 m, icazə və müşayiət ilə

    2 reys

  • Gil çəni, nasos bloku, operator vaqonu, boru rəfi

    hər biri 22 t-dək, düz platformalı qoşquda

    8 reys

Sənədlər

Sənədlər qeydiyyatsız yüklənir. Dəyişiklik olanda yeni versiya burada çıxır və iştirakçılara e-poçtla xəbər gedir.

Suallar və cavablar

  • Daşıma gecə edilə bilərmi?

    Yol icazəsi verəndə qurumun göstərdiyi saatlarda; adətən gecə 23:00-⁠dan sonra.

    Cavab:

Sual verin

Suallar 15 oktyabr 2026 tarixində bağlandı.

Təklif göndərin

Qiymət sorğusu (RFQ): bir zərf, ən aşağı uyğun qiymət qalib gəlir.

Təkliflərin qəbulu bağlanıb

Təkliflər 20 oktyabr 2026 tarixində bağlandı. Nəticə 3 noyabr 2026 tarixinədək bütün iştirakçılara məktubla göndəriləcək.

Zəng edinWhatsApp-da yazınTexnika icarəsiQiymət sorğusu