Əsas məzmuna keçin
Narbənd ParkYaşayış kompleksi · Nərimanov
Narbənd Park: şüşə fasadlı, eyvanlı iki blok və qarşısında ağaclar

Gənclik metrosundan 8 dəqiqəlik yolda, maşınsız həyəti olan yaşayış kompleksi

1–4 otaqlı 376 mənzil, 48,9 m²-⁠dən 140,6 m²-⁠dək. A bloku 2027-⁠ci ilin iyununda təhvil verilir.

Üç blok, ortada 7 400 m² həyət

Narbənd Park Əhməd Rəcəbli küçəsində, 1,6 hektar ərazidə tikilir. Bloklar ərazinin kənarlarına düzülüb, ortada isə avtomobil girməyən həyət qalır: bütün maşınlar küçədən birbaşa yeraltı dayanacağa enir.

Mənzillərin tavanı 3 metrdir, pəncərələr döşəmədən 60 santimetr hündürlükdə başlayır. Hər mənzil qaz kombisi və radiatorları quraşdırılmış təhvil verilir.

Bloklar
A və B 18 mərtəbə, C 14 mərtəbə
Mənzillər
376 mənzil, hər mərtəbədə 8
Dayanacaq
420 yer, 2 yeraltı mərtəbə
Tavan hündürlüyü
3,0 m
İnşaatçı
Narbənd Development, 2011-ci ildən
Kompleks haqqında
Blokun künc eyvanları aşağıdan yuxarı

Tikinti hansı mərhələdədir

Hər ayın sonunda sahədən hesabat dərc edirik. Son hesabat: 28 sentyabr 2026.

A bloku

78% hazırlıq

18 mərtəbə136 mənzilKarkas: 18/18 mərtəbəTəhvil: iyun 2027

B bloku

46% hazırlıq

18 mərtəbə136 mənzilKarkas: 12/18 mərtəbəTəhvil: dekabr 2027

C bloku

9% hazırlıq

14 mərtəbə104 mənzilKarkas: 0/14 mərtəbəTəhvil: sentyabr 2028

Bütün hesabatlar və fotolar
Tikinti sahəsi yuxarıdan: karkası qalxmış bloklar və kranlar

Metro, məktəb və park piyada məsafədə

Kompleks Nərimanov rayonundadır. Aşağıdakı vaxtlar piyada, kompleksin darvazasından ölçülüb.

  • Kompleksin birinci mərtəbəsində market və aptek1 dəq
  • Kompleksin öz bağçası (80 yer)1 dəq
  • Avtobus dayanacağı (5 marşrut)3 dəq
  • Bank filialları və bankomatlar5 dəq
  • Dövlət orta məktəbi6 dəq
  • Park (11 ha)7 dəq
Yerləşmə və ətraf

Üç ödəniş yolu

Qiymətlər 1 m² üçün 2 600 ₼-⁠dan başlayır. Aşağıdakı şərtlər bütün bloklara aiddir.

Tam ödəniş
Müqavilə bağlananda mənzilin bütün dəyəri ödənilir.
7% endirim
50% və daha çox ilkin ödəniş
Qalan məbləğ 36 ayadək bərabər hissələrlə ödənilir.
3% endirim, faizsiz
30% ilkin ödəniş
Qalan məbləğ 12, 18, 24 və ya 36 aya bölünür.
Faizsiz

2011-⁠ci ildən 418 mənzil təhvil vermişik

Narbənd Development Bakıda üç yaşayış binası tikib. Üçü də müqavilədəki tarixdə və ya ondan əvvəl təhvil verilib, hamısının çıxarışı sakinlərə paylanıb.

  • Xətaidəki ağ fasadlı, eyvanlı bina
    Narbənd Xətai2022-ci il · 204 mənzil
  • Nəsimidəki ağ və qara fasadlı bina
    Narbənd Nəsimi2019-ci il · 118 mənzil
  • Yasamaldakı tünd kərpic fasadlı bina
    Narbənd Yasamal2016-ci il · 96 mənzil

Mənzilə yerində baxın

Nümunə mənzil A blokunun 3-cü mərtəbəsindədir. Menecer sizi oraya və seçdiyiniz mərtəbəyə aparır, baxış təxminən 40 dəqiqə çəkir.

Nümunə mənzilin qonaq otağı
Zəng edinBaxışa yazılın