Payız şərtləri: 30% ilkin ödəniş, qalanı 36 aya faizsiz
Dekabrın 31-dək müqavilə bağlayanlar üçün faizsiz ödəniş müddəti 24 aydan 36 aya uzadıldı.
2026-cı il dekabrın 31-dək alqı-satqı müqaviləsi bağlayan alıcılar qalan məbləği 36 ay ərzində faizsiz ödəyə bilərlər. İlkin ödəniş əvvəlki kimi mənzilin qiymətinin 30%-indən başlayır.
İlkin ödəniş 50% və daha çox olduqda qiymətə 3%, mənzilin tam dəyəri birdəfəyə ödənildikdə 7% endirim edilir. Endirim müqavilədəki qiymətə tətbiq olunur və ödəniş cədvəlində ayrıca göstərilir.
Aylıq ödənişi saytdakı hesablayıcıda özünüz hesablaya bilərsiniz. Dəqiq cədvəli satış ofisində Nigar Hüseynova hazırlayır; bunun üçün şəxsiyyət vəsiqəsi kifayətdir.
Bütün xəbərlər
