C blokunun bünövrə plitəsi 38 saata töküldü
2 900 m³ beton fasiləsiz töküldü. Karkasın tikintisi dekabrda başlayır.
C blokunun 1,4 metr qalınlığında bünövrə plitəsi iyulun 28-dən 30-dək töküldü. 38 saat ərzində sahəyə 362 beton qarışdırıcı maşın gəldi və 2 900 m³ beton fasiləsiz verildi.
Plitə fasiləsiz tökülür ki, betonda «soyuq tikiş» qalmasın: belə tikişlər sonradan suyu buraxa bilər. Plitədə 410 ton armatur var, onu tökümdən əvvəl baş mühəndis Vüqar Səfərov və müstəqil texniki nəzarət ayrı-ayrılıqda qəbul edib.
Hazırda yeraltı dayanacağın divarları qurulur. Karkasın birinci mərtəbəsi 2026-cı ilin dekabrında başlanacaq, blok 2028-ci ilin sentyabrında təhvil veriləcək.
Bütün xəbərlər
