Orta səviyyəMaliyyə və mühasibat
Mühasiblər üçün vergi uçotu
ƏDV, mənfəət, gəlir və əmlak vergiləri, sadələşdirilmiş vergi, bəyannamələr və e-taxes kabineti, Vergi Məcəlləsinin maddələri ilə.
- Saat
- 30
- Müddət
- 6 həftə
- Qrup
- 16 nəfərədək
- Format
- Sinifdə
- Dərs dili
- AZ, RU
Yaxın qruplar
Altı nəfər yazılanda qrup mütləq açılır. Yazılış ilk dərsdən bir gün əvvəl 18:00-da bağlanır.
| Tarixlər | Günlər və saat | Dil | Format | Yerlər | Bu qrupa yazılın |
|---|---|---|---|---|---|
| Ç.a. 10 noy – C.a. 17 dek12 dərs | Günlər və saatÇ.a., C.a. 19:00–21:30 | DilRus dilində | FormatSinifdə | Yerlər6 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
| B.e. 21 dek – Ç. 27 yan12 dərs | Günlər və saatB.e., Ç. 19:00–21:30 | DilAzərbaycan dilində | FormatSinifdə | Yerlər7 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
| Ç.a. 5 yan – C.a. 11 fev12 dərs | Günlər və saatÇ.a., C.a. 19:00–21:30 | DilRus dilində | FormatSinifdə | Yerlər5 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
| B.e. 1 fev – B.e. 15 mar12 dərs | Günlər və saatB.e., Ç. 19:00–21:30 | DilAzərbaycan dilində | FormatSinifdə | Yerlər9 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
| Ç.a. 2 mar – Ç.a. 13 apr12 dərs | Günlər və saatÇ.a., C.a. 19:00–21:30 | DilRus dilində | FormatSinifdə | Yerlər2 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
| B.e. 15 mar – Ç. 28 apr12 dərs | Günlər və saatB.e., Ç. 19:00–21:30 | DilAzərbaycan dilində | FormatSinifdə | Yerlər8 yer qalıbQrup açılır | Bu qrupa yazılın |
Proqram
- Vergi sistemi, vergi ödəyicisinin hüquqları və e-taxes kabineti3 saat
- ƏDV: dövriyyə, əvəzləşdirmə, elektron qaimə-faktura, bəyannamə8 saat
- Mənfəət vergisi: gəlir, gəlirdən çıxılan xərclər, amortizasiya6 saat
- Gəlir vergisi və muzdlu işlə bağlı hesabat5 saat
- Sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi4 saat
- Səyyar yoxlama, maliyyə sanksiyaları və şikayət4 saat
- Cəmi30 saat
Kursdan sonra bacaracaqsınız
- ƏDV və mənfəət vergisi bəyannaməsini doldurub təqdim etmək
- Xərcin gəlirdən çıxılıb-çıxılmadığını Vergi Məcəlləsinin maddəsi ilə əsaslandırmaq
- Vergi orqanının sorğusuna yazılı cavab hazırlamaq
Əvvəlcədən nə lazımdır
Mühasibat uçotunun əsasları və ən azı bir neçə ay mühasibatlıqda iş.
Alətlər
- e-taxes.gov.az
- Microsoft Excel
Yekun layihə və sertifikat
Şirkətin bir rübü üzrə ƏDV, gəlir vergisi və mənfəət vergisinin hesablanması və bəyannamələr.
Sertifikat dərslərin 80%-də iştirak edib yekun layihəni 60 baldan yuxarı təhvil verənə verilir. Bu, akademiyanın öz sertifikatıdır, dövlət sənədi deyil; nömrəsi saytda yoxlanır.
Sertifikatı yoxlayınSertifikat
Verilir
Ad Soyad
«Mühasiblər üçün vergi uçotu» kursunu bitirdiyinə görə
Həcmi: 30 saat · Yekun layihə: 91/100
Nömrə PS-2026-···· · pilleakademiya.az/certificates-də yoxlanır
Müəllimlər
Sevinc Abbasova
Mühasiblər üçün vergi
Audit şirkətində vergi məsləhətçisi, 13 il təcrübə
Profil və pulsuz məsləhət
Bu kursdan əvvəl və sonra
Sahənin bütün kursları: Maliyyə və mühasibatSuallar
Qanun dəyişsə, material yenilənirmi?
Hər qrupdan əvvəl müəllim materialı Vergi Məcəlləsinin qüvvədə olan mətni ilə yoxlayır. Kurs bitəndən sonra 6 ay ərzində dəyişikliklərin xülasəsi e-poçtunuza göndərilir.
Fikrimi dəyişsəm, pulumu qaytara bilərəmmi?
Birinci dərsədək ödədiyinizin hamısı qaytarılır. Dərslər başlayandan sonra keçirilməmiş dərslərin pulu qaytarılır, 10 iş günü ərzində karta. Yazılışı «Yazılışınız» səhifəsində nömrə və telefonla ləğv edə bilərsiniz.
Başqa qrupa keçmək olarmı?
Bəli, başlanğıca 3 gün qalanadək bir dəfə, pulsuz: «Yazılışınız» səhifəsində eyni kursun başqa qrupunu seçin.
Bu kurs komandanız üçün
Kursu ofisinizdə və ya onlayn, yalnız sizin əməkdaşlarınız üçün keçə bilərik; misallar şirkətin öz məlumatından olur.