Əsas məzmuna keçin

Bakıda 150 ₼-⁠dan pulsuz çatdırılma

TEZLİKTEZLİK ana səhifə

Smartfonlar · 29 sentyabr 2026 · 4 dəqiqəlik oxu

Telefonun yaddaşı: 128, 256 yoxsa 512 GB

Yaddaşı sonra artırmaq olmur: iPhone-⁠da və Galaxy S seriyasında kart yuvası yoxdur. Nə qədərinin lazım olduğunu iki dəqiqəyə hesablamaq olar.

Masada yan-yana üç iPhone: qırmızı, ağ və göy

Yaddaşı nə doldurur

Sistem və standart tətbiqlər təxminən 15–20 GB tutur. WhatsApp yazışması fotolar və səsli mesajlarla bir neçə ilə 10–30 GB olur. Ən çox yeri isə video tutur: 4K, saniyədə 60 kadrla bir dəqiqəlik video təxminən 400 MB-⁠dır, on dəqiqəlik toy videosu 4 GB.

Kimə hansı

128 GB: zəng, mesajlaşma, bank tətbiqləri və ayda bir neçə yüz şəkil. Valideynlər və ikinci telefon üçün yetərlidir. Bu yaddaşla bizdə iPhone 16 var, 2 149 ₼.

256 GB: çoxumuz üçün doğru seçimdir. Uşaqların videosu, səyahət şəkilləri və oyunlar iki-⁠üç il yer tapır. iPhone 17 və Galaxy S25 bu yaddaşdan başlayır.

512 GB və 1 TB: 4K video çəkən, bloq aparan və ya telefonu kamera əvəzinə işlədənlər üçün. iPhone 17 Pro ProRes video yazanda 1 TB tez dolur; Galaxy S24 Ultra 512 GB ilə 2 299 ₼ edir.

Bulud yaddaşı fərqi örtürmü

iCloud və Google One şəkilləri buluda köçürür, amma hər ay pul tələb edir və yaxşı internet istəyir. Dörd il ərzində bulud abunəsinin cəmi, adətən, telefonun 128 GB ilə 256 GB versiyası arasındakı fərqdən çox olur.

Köhnə telefonu trade-⁠in-⁠ə verəndə də yaddaş qiyməti qaldırır: 256 GB-⁠lıq telefona təklif həmişə 128 GB-lıqdan yüksəkdir.

Qiymətlər kataloqdan götürülür və bu gün keçərlidir.

Yazıda adı çəkilən məhsullar

  • Apple iPhone 17 256 GB

    6,3″ · 256 GB · A19

    2 499 ₼

    12 ay, ayda 208,25 ₼

  • Samsung Galaxy S25 256 GB

    6,2″ · 256 GB · Snapdragon 8 Elite for Galaxy

    1 899 ₼

    12 ay, ayda 158,25 ₼

  • −10%

    Apple iPhone 16 128 GB

    6,1″ · 128 GB · A18

    İndiki qiymət: 2 149 ₼Əvvəlki qiymət: 2 399 ₼

    12 ay, ayda 179,09 ₼

  • −15%

    Samsung Galaxy S24 Ultra 512 GB

    6,8″ · 512 GB · Snapdragon 8 Gen 3 for Galaxy

    İndiki qiymət: 2 299 ₼Əvvəlki qiymət: 2 699 ₼

    12 ay, ayda 191,59 ₼

  • −9%

    Apple iPhone 17 Pro 1 TB

    6,3″ · 1 TB · A19 Pro

    İndiki qiymət: 4 299 ₼Əvvəlki qiymət: 4 699 ₼

    12 ay, ayda 358,25 ₼

Başqa bələdçilər

Bütün bələdçilər