Əsas məzmuna keçin
Narınc

Distributorlara, şəbəkələrə və HoReCa-⁠ya

Qiymət siyahısını sorğudan sonra, bir iş günü ərzində göndəririk. Bakıya sifarişin ertəsi günü, bölgələrə 2–3 iş günündə çatdırırıq.

Taxta yeşiklərdə yığılmış qırmızı almalar

Bölgə distributorları

Öz anbarı, maşınları və satış nümayəndələri olan şirkətlər.

  • Bir il müddətinə bölgədə yeganə distributor hüququ və satış planı
  • Zavod qiymətinə alış, palet ilə
  • Bölgədəki mağazaların siyahısı və satış nümayəndələrinə təlim
  • Mövsümdə yeni məhsulların ilk partiyası

Tələb: 0–25 °C saxlanılan ən azı 300 m² anbar, 2 maşın, VÖEN.

Distributor olmaq

Mağaza şəbəkələri

Supermarketlər, məhəllə marketləri şəbəkələri, uşaq mağazaları.

  • Rəf planı və hər mağaza üçün çeşid
  • Ayda iki dəfə mağazada dequstasiya
  • Bayram və mövsüm aksiyaları, hədiyyə qutuları noyabrdan
  • Öz maşınlarımızla mağazalara çatdırılma

Mərkəzi sifariş və ya hər mağazaya ayrıca: hər ikisini edirik.

Şəbəkə üçün təklif

Kafe, restoran və hotellər

Kafe, restoran, hotel, kateyrinq, məktəb və ofis bufetləri.

  • 0,25 l şüşə, 3 l kranlı paket, narşərab
  • Səhər yeməyi üçün mürəbbə porsiyaları qutu ilə
  • Menyu üçün məhsulların şəkilləri və təsviri
  • Bakıda sifarişin ertəsi günü çatdırılma

Minimum sifariş Bakıda 10 qutu.

HoReCa üçün qiymət

Bölgələrə çatdırılma

Günlər sifarişin təsdiqindən sonra iş günləri ilə sayılır. Distributoru olan bölgədə kiçik sifarişləri distributor çatdırır.

BölgəHaradanİş günüMinimum sifariş
Bakı və AbşeronBakı anbarı, Binəqədi110 qutu
Sumqayıt, XırdalanBakı anbarı, Binəqədi120 qutu
Quba, Qusar, Xaçmaz, Şabran, SiyəzənQuba zavodu120 qutu
Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Yevlax, BərdəGöyçay zavodu1–21 palet
Gəncə, Şəmkir, Tovuz, QazaxBakı anbarı, Binəqədi2–31 palet
Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, BalakənGöyçay zavodu2–31 palet
Şirvan, Salyan, Neftçala, Hacıqabul, KürdəmirBakı anbarı, Binəqədi21 palet
Lənkəran, Astara, Masallı, CəlilabadBakı anbarı, Binəqədi2–31 palet
NaxçıvanBakı anbarı, Binəqədi5–74 palet

Ödəniş və sənədlər

İlk üç sifariş
Əvvəlcədən ödəniş, bank köçürməsi ilə
Sonra
Mağazalara 14 gün, şəbəkələrə və distributorlara 30 günədək möhlət, müqavilə ilə
Qiymətlər
Manatla, ƏDV daxil; siyahı hər rübün əvvəlində yenilənir
Hər yüklə
Elektron qaimə-faktura, keyfiyyət vəsiqəsi və partiyaların siyahısı
Qaytarma
Zədələnmiş qutular qəbulda aktla geri götürülür; müddəti bitənlər distributor müqaviləsinə görə

Sorğu göndərin

Satış şöbəsi bir iş günü ərzində zəng edir və qiymət siyahısını e-poçtla göndərir.

Tez-tez verilən suallar

Qiymət siyahısını saytda niyə göstərmirsiniz?

Qiymət həcmdən, bölgədən və ödəniş şərtindən asılıdır. Sorğudan sonra sizin şərtinizə uyğun siyahını bir iş günü ərzində göndəririk.

Bir mağaza üçün də sifariş qəbul edirsiniz?

Bəli. Bakıda 10 qutudan, Sumqayıtda və Quba bölgəsində 20 qutudan öz maşınımızla gətiririk. Digər bölgələrdə sifarişi yaxın distributor çatdırır.

Məhsulun yararlılıq müddəti nə qədər qalmış gəlir?

Karton və paketlər müddətin ən azı 75%-⁠i, şüşə və bankalar 80%-⁠i qalmış yüklənir.

Öz markamızla şirə hazırlayırsınız?

Bəli, şəbəkələr və ixrac alıcıları üçün. Şərtlər ixrac səhifəsində, "Öz markanızla" bölməsindədir.

Zəng edinWhatsApp-da yazınSəbətMağaza