· İxrac
Özbəkistana ilk partiya: 640 ton PE100 boru göndərildi
Gəncə zavodunun boruları Daşkənd vilayətində su təchizatı layihəsinə gedir.

Özbəkistan qrupun məhsul göndərdiyi altıncı ölkə oldu. İlk partiya Ø160–400 mm su borusundan ibarətdir: 640 ton, 28 vaqon. Yük Ələt limanından bərə ilə Xəzəri keçib, oradan dəmir yolu ilə Daşkəndə çatıb.
Müqavilə 2027-ci ilin sonuna qədər 2 900 ton boru nəzərdə tutur. Sənədləşmə rus dilində, çatdırılma CPT Daşkənd şərti ilə aparılır.