Murov Logistika
86 yük avtomobili, Sumqayıtdakı dəmir yolu qolu və Xırdalandakı gömrük anbarı ilə qrupun və kənar müştərilərin yüklərini daşıyır.

Şirkət 2009-cu ildə qrupun öz yüklərini daşımaq üçün yaradılıb; bu gün daşımaların 40 faizi kənar müştərilərin payına düşür. 2025-ci ildə 412 000 ton yük daşınıb.
Gürcüstan, Türkiyə və Mərkəzi Asiyaya müntəzəm reyslər var: TIR karneti ilə avtomobil, Bakı–Tbilisi xətti ilə vaqon, Ələt limanından bərə. Qabaritdənkənar yüklər üçün 60 tona qədər alçaq platformalı tral və müşayiət icazəsini özümüz alırıq.

Xidmətlər
- Azərbaycan daxilində çatdırılma, 24–48 saat
- Beynəlxalq avtomobil daşımaları, TIR
- Dəmir yolu ilə göndəriş, gündə 18 vaqona qədər
- Gömrük anbarı və rəsmiləşdirmə
- Qabaritdənkənar və ağır yüklər, 60 tona qədər
Murov Logistika: layihələr
2025 · Tikinti · Ələt, Qaradağ rayonuƏlətdə logistika mərkəzinin polad karkasıMurov Metal, Murov Logistika
2025 · Su və qaz təchizatı · Saatlı və Sabirabad rayonlarıSaatlı və Sabirabadda suvarma kəməriMurov Polimer, Murov Logistika
2025 · Tikinti · Tbilisi, GürcüstanTbilisidə yaşayış məhəlləsi üçün armatur və kabelMurov Ticarət, Murov Kabel, Murov Logistika
Murov Logistika: qiymət və müddət sorğusu
Məhsulu, ölçünü və həcmi yazın. Şirkətin satış şöbəsi bir iş günü ərzində cavab verir.
Satış şöbəsi: B.e.–cümə 09:00–18:00