Əsas məzmuna keçin
MurovSənayeQrupu

Murov Kabel

Sumqayıtdakı kabel zavodu mis və alüminium damarlı güc kabeli, nəzarət kabeli və hava xətləri üçün naqil istehsal edir.

Sarıma dəzgahında kabel barabanı

2011-⁠ci ildə alçaq gərginlikli kabellə başlamışıq. 2019-⁠cu ildə quraşdırılan CCV xətti ilə 35 kV-⁠a qədər XLPE izolyasiyalı kabel buraxırıq. Zavodun illik gücü 14 000 km-⁠dir; 2025-⁠ci ildə 11 800 km kabel və naqil satılıb.

Hər baraban zavodun sınaq laboratoriyasından keçir: yüksək gərginlik sınağı, qismən boşalmanın ölçülməsi, damarın müqaviməti. Sınaq protokolu barabanla birlikdə verilir, barabanın nömrəsi ilə partiyanın xammalına qədər izləmək olur.

Üzərində markalanması olan qara güc kabelləri

Məhsullar

  • 0,6/1 kV mis damarlı güc kabeli, 1,5–240 mm²
  • 0,6/1 kV alüminium damarlı güc kabeli, 16–300 mm²
  • 6–35 kV XLPE izolyasiyalı kabel, 630 mm²-ə qədər
  • Nəzarət kabeli, 4–37 damar
  • Hava xətti üçün AS naqili, 16–400 mm²
  • Özünü daşıyan izolyasiyalı naqil (SİP)
Kataloqda Murov Kabel məhsulları

Murov Kabel: qiymət və müddət sorğusu

Məhsulu, ölçünü və həcmi yazın. Şirkətin satış şöbəsi bir iş günü ərzində cavab verir.

Satış şöbəsi: B.e.–cümə 09:00–18:00

Zəng edinTəklif alın