Qobustanda 30 MVt günəş stansiyası
410 km kabel və panellər üçün 1 150 ton sinklənmiş dayaq konstruksiyası, 16 həftəyə.

Stansiya üçün iki zavodumuz eyni vaxtda işlədi: Murov Kabel alçaq və 35 kV-luq orta gərginlikli kabeli, Murov Metal isə panellərin dayaq profillərini və svay başlıqlarını buraxdı. Sifarişçi bir müqavilə, bir qrafik və bir məsul şəxslə işlədi.
Dayaq profilləri Z275 sinkli lentdən yayılıb, çünki ərazinin torpağı duzludur. Profillərdəki deşiklər xətdə açıldığı üçün obyektdə deşmə işi olmadı.


