Ələtdə logistika mərkəzinin polad karkası
38 000 m²-lik anbar binası üçün 2 400 ton konstruksiya: çertyojdan montaj nəzarətinə qədər 23 həftə.

Sifarişçi bizə memarlıq layihəsi ilə gəldi. Konstruktor büromuz 6 həftəyə KMD çertyojlarını hazırladı: 36 metrlik aşırımlı qaynaqlı tirlər, 12 metr hündürlükdə sütunlar, 5 tonluq asma kran üçün yollar. Konstruksiya EXC2 sinfi üzrə hazırlanıb və isti sinklənib.
Sumqayıtdan Ələtə 94 km-dir. Murov Logistika 14 həftə ərzində 131 reys etdi; uzun tirlər gecə, müşayiətlə daşındı. Montajı sifarişçinin podratçısı gördü, obyektdə bizim iki mühəndisimiz bolt birləşmələrinin dartılmasına və həndəsəyə nəzarət etdi.


