Əsas məzmuna keçin
MurovSənayeQrupu

Saatlı və Sabirabadda suvarma kəməri

64 km PE100 boru, Ø315–630 mm: 3 100 ton məhsul 5 ay ərzində, 412 reyslə.

Xəndəkdə su kəməri və siyirtmələr

Kəmər 9 400 hektar əkin sahəsinə su verir. Ø630 mm boru bizim ən böyük ölçümüzdür; bu sifariş üçün bir xətt dörd ay fasiləsiz həmin diametrdə işlədi. Hər partiyanın hidrostatik sınaq nəticəsi podratçının texniki nəzarətinə göndərildi.

Gəncədən obyektə 230 km-⁠dir. 12 metrlik boruları uzadılmış yarımqoşqularla daşıdıq. Podratçının 26 qaynaqçısına obyektdə uc-⁠uca qaynaq üzrə iki günlük təlim keçdik və qaynaq aparatlarını kalibrlədik.

Bütün layihələr

Oxşar obyekt üçün təchizat lazımdır?

Layihənin siyahısını və ya spesifikasiyasını göndərin. Həcmi, müddəti və çatdırılma qrafikini bir təklifdə veririk.

Satış şöbəsi: B.e.–cümə 09:00–18:00

Zəng edinTəklif alın