Əsas məzmuna keçin
Vəzirli& Talıbzadə

Komanda

14 hüquqşünas, onlardan 4-⁠ü Vəkillər Kollegiyasının üzvüdür. Sahəyə, görüşün dilinə və ofisə görə seçin.

14 hüquqşünas

Dəstək komandası

9 nəfər: iki paralegal, iki tərcüməçi (ingilis və rus), müştəri xidməti, ofis meneceri, mühasib, IT mütəxəssisi və Gəncədə ofis köməkçisi. Tərcüməçilərin saatı 60 ₼-dır və hesabda ayrıca göstərilir.

İlk görüş 60 dəqiqədir və 100 ₼-dan başlayır

Sənədlərinizə baxır, nə edilə biləcəyini, nə qədər vaxt və pul tələb etdiyini deyirik. 30 gün ərzində bizimlə müqavilə imzalasanız, görüşün haqqı ilk hesabdan çıxılır.

  1. SorğuFormada, telefonla, WhatsApp-da və ya çatda.
  2. 2 iş saatı ərzindəMüştəri xidməti zəng edir, məsələni və qarşı tərəfi soruşur: maraqlar toqquşmasını yoxlayırıq.
  3. Görüşdən əvvəlHüquqşünası, vaxtı, formatı və haqqı yazılı təsdiqləyirik.
  4. 60 dəqiqəOfisdə, video və ya telefonla. Söylədikləriniz məxfi qalır.
  5. Sonraİstəsəniz, işin həcmi və haqqı yazılmış müqavilə göndəririk.
Zəng edinWhatsApp-da yazınGörüş təyin edin