İşəgötürənləri təmsil edirik: kadr sənədləri, işdən çıxarma və ixtisar, intizam işləri və işçilərlə mübahisələr. Xarici işçilər üçün iş və yaşama icazələrini başdan sona aparırıq, 2025-ci ildə 290 icazə aldıq.
Nə edirik
- Əmək müqavilələri, daxili intizam qaydaları və vəzifə təlimatları
- İxtisar və işdən çıxarma: addımlar, bildirişlər, kompensasiya hesabı
- İntizam araşdırmaları və işçilərlə məhkəmə mübahisələri
- Xarici işçilər üçün iş icazəsi və müvəqqəti yaşama icazəsi
- Rəqabət etməmək və məxfilik öhdəlikləri
- Əmək müfəttişliyinin yoxlamasına hazırlıq
Kimlər müraciət edir
Xarici mühəndis və menecer gətirən podratçılar, 50-dən çox işçisi olan istehsal və pərakəndə şirkətləri, Bakıda ofis açan xarici şirkətlər.