Karyera
Hər il 20-yə yaxın yeni kredit mütəxəssisi götürürük. İlk iki ay təcrübəli həmkarla birlikdə işləyirsiniz, sonra öz borcalanlarınız olur.

Açıq vakansiyalar
- Müraciət edin
Kredit mütəxəssisi
Lənkəran filialı · 900–1 400 ₼ + bonus
Fermerlər və kiçik biznes sahibləri ilə işləmək, təsərrüfatlara və dükanlara getmək, müraciətləri kredit komitəsinə təqdim etmək. Sürücülük vəsiqəsi lazımdır.
- Müraciət edin
Kredit mütəxəssisi
Sabirabad filialı · 900–1 400 ₼ + bonus
Pambıq, taxıl və maldarlıq təsərrüfatları ilə işləmək, məhsul yığımına bağlı qrafikləri hazırlamaq.
- Müraciət edin
Kredit mütəxəssisi
Quba filialı · 900–1 400 ₼ + bonus
Bağçılıq, arıçılıq və xalçaçılıqla məşğul olan borcalanlar, qadınların qrup kreditləri.
- Müraciət edin
Zəng mərkəzinin operatoru
Bakı, baş ofis · 800–1 000 ₼
Zənglərə və çata cavab, onlayn müraciətləri kredit mütəxəssislərinə yönləndirmək. Azərbaycan və rus dilləri, növbəli qrafik.
- Müraciət edin
Kredit risk analitiki
Bakı, baş ofis · 1 800–2 500 ₼
Portfelin keyfiyyətini izləmək, gecikmələrin səbəblərini təhlil etmək, borc yükü qaydalarını yeniləmək. Excel və SQL, ən azı 2 il təcrübə.
Nə təklif edirik
- Rəsmi əmək müqaviləsi, sosial sığorta
- İlk iki ay mentorla, sonra hər il 40 saat təlim
- Kredit mütəxəssislərinə yol xərci və mobil rabitə
- İşçilərin pay fondunda iştirak (3 ildən sonra)