· Qəbul
2027/28 tədris ili üçün qəbul 1 noyabrda başlayır
Qiymətləndirmə üç mərhələdə olacaq; qardaş və bacılar üçün yer 15 dekabradək saxlanılır.

Gələn dərs ili üçün müraciətləri 1 noyabrdan qəbul edirik: hazırlıq sinfinə, 1-ci sinfə və boş yeri olan digər siniflərə. Müraciəti saytdan, telefonla və ya məktəbə gəlib vermək olar.
Qiymətləndirmə üç mərhələdə keçəcək: 16 və 23 yanvar, 13 mart, boş yer qalarsa 15 may. Məktəbdə oxuyan uşaqların qardaş və bacıları 15 dekabradək müraciət etsə, birinci mərhələdə onlara yer saxlanılır.
Hazırlıq sinfinə 16 sentyabr 2021 – 15 sentyabr 2022, 1-ci sinfə 16 sentyabr 2020 – 15 sentyabr 2021 tarixləri arasında doğulan uşaqları qəbul edirik.
2027/28 üçün təhsil haqqı 1 martda elan olunacaq. Hazırda oxuyan ailələr üçün artım 7%-dən çox olmayacaq.


