
Gürcüstan5 gün / 4 gecəGecə qatarı
Tbilisi gecə qatarı ilə
Cümə axşamı gecə qatarına minirik, cümə səhəri Tbilisidəyik: köhnə şəhər, Mtsxeta, iki gecə oteldə.
nəfərə418 ₼-dan
İordaniya6 gün / 5 gecəTəyyarəMövsüm: Fevral, Mart, Aprel, May, Oktyabr, Noyabr
Petrada bütöv gün, səhrada cip və düşərgədə gecə, sonda Ölü dənizdə çimmək.
Ayda bir dəfə, ikinci çərşənbə axşamı; yayda isti olduğu üçün getmirik. İstanbul aktarması ilə Ammana uçuruq. Petraya bütöv gün ayırırıq: Sik dərəsi, Xəzinə, kral türbələri və istəyənlər üçün təxminən 800 pilləli yolla Monastıra qalxış. Vadi Rumda gecəni səhra düşərgəsində keçirib son günü Ölü dənizdə bitiririk. Viza sərhəddə verilir, rüsumunu turun qiymətinə daxil olan Jordan Pass ödəyir.
1-ci gün
Səhər reysi ilə İstanbula, oradan Ammana. Axşam çatırıq, otelə yerləşmə və axşam yeməyi.
2-ci gün
Amman qalası və Roma teatrı, sonra Cəraşın Roma küçələri. Günortadan sonra Petranın yanındakı Vadi Musaya (təxminən 3 saat).
3-cü gün
Bütün gün Petrada: Sik dərəsi, Xəzinə, kral türbələri, istəyənlər Monastıra qalxır. Cümə axşamı axşamı "Gecə Petrası" (əlavə seçim).
4-cü gün
Səhrada cip turu: qırmızı qumlar, qaya körpüləri, bədəvi çadırında çay, dünlərdə gün batımı. Gecə düşərgədə.
5-ci gün
Ölü dənizə yol (təxminən 4 saat). Otelin çimərliyində çimmək və palçıq, axşam yeməyi.
6-cı gün
Hava limanına transfer və İstanbul aktarması ilə Bakıya.
Amman, Vadi Musa və Ölü dənizdə 4 ulduzlu otellər, Vadi Rumda hamamlı çadırlar.
Viza sərhəddə verilir; ən azı 3 gecə qalanlar üçün rüsumu Jordan Pass ödəyir. Pasport: qayıdışdan sonra ən azı 6 ay etibarlı olmalıdır.
Sərhəddə verilirQiymət nəfərə, ikinəfərlik otaqda. Uşaq (2–11 yaş, valideynlərlə bir otaqda): −15%.

Tural Rzayev
Qrup rəhbəri: Özbəkistan, İordaniya, İtaliya
Uzun turların rəhbəri: aktarmalar, otellər, yerli bələdçilərlə iş. Petraya on dəfədən çox gedib, Monastıra qalxanları da o aparır.
KomandaPetraya bütöv gün ayırmaları düzgündür, Monastıra qalxdıq və tələsmədik. Vadi Rumda çadırda gecə soyuq idi, yorğanlar verdilər. Sərhəddə Jordan Pass-la heç nə ödəmədik.

Gürcüstan5 gün / 4 gecəGecə qatarı
Cümə axşamı gecə qatarına minirik, cümə səhəri Tbilisidəyik: köhnə şəhər, Mtsxeta, iki gecə oteldə.
nəfərə418 ₼-dan

Türkiyə6 gün / 5 gecəTəyyarə
Üç gecə İstanbulda, iki gecə Kapadokyada mağara otelində; şəhərlər arası daxili reyslə.
nəfərə1 758 ₼-dan

Özbəkistan6 gün / 5 gecəTəyyarə
Şəhərlər arası Afrosiyob sürət qatarı ilə: Reqistan, Şahi-Zində, Kalyan minarəsi və Labi-Həuz.
nəfərə2 037 ₼-dan