Əsas məzmuna keçin
Səmt

Azərbaycan2 gün / 1 gecəMikroavtobus

Şəki: Xan sarayı və karvansarada gecə

Şamaxı və Diri Baba yolda, gecə XVIII əsrin karvansarasında, səhər Xan sarayı və piti.

Müddət
2 gün / 1 gecə
Yığılış
08:00, Ofisimizin qarşısı, Nizami küçəsi 66
Bakıya qayıdış
son gün 21:30
Qrup
8–18 nəfər
Yük
Orta: gündə bir neçə saat piyada, pilləkənlər
Bələdçinin dilləri
azərbaycan, rus

Tur haqqında

Bakıdan Şəkiyə 300 km-⁠dir, ona görə yolu dayanacaqlarla bölürük: Şamaxının Cümə məscidi, Mərəzədə qayaya söykənən Diri Baba türbəsi, İsmayıllıda nahar. Gecəni Yuxarı Karvansarada keçiririk: tacirlərin qaldığı daş otaqlar indi otel nömrələridir. Bazar günü Xan sarayının şəbəkə pəncərələrinə, Kiş kəndindəki Alban məbədinə baxırıq, piti yeyib halva alırıq.

Nələri görəcəksiniz

  • Şəki Xan sarayı (1762): şəbəkə pəncərələr və divar rəsmləri
  • Bir gecə Yuxarı Karvansarada
  • Kiş kəndində Alban məbədi
  • Şamaxı Cümə məscidi və Diri Baba türbəsi yolda

Proqram

  1. 1-ci gün

    Şamaxı, Diri Baba və Şəkiyə yol

    08:00-da Bakıdan çıxırıq. Şamaxıda Cümə məscidinə, Mərəzədə 1402-ci ilin Diri Baba türbəsinə baxırıq. Nahar İsmayıllıda. Şəkiyə 17:00 radələrində çatırıq, karvansarada yerləşib axşam şəhərdə yeməyə gedirik.

    Yemək: nahar, axşam yeməyiGecə: Yuxarı Karvansara, Şəki
  2. 2-ci gün

    Xan sarayı, Kiş və piti

    Səhər yeməyindən sonra Xan sarayı və köhnə şəhər. Sonra 5 km yuxarıda, Kiş kəndində Alban məbədi. Nahara piti, sonra halva bazarı. 15:30-da Bakıya yola düşürük, 21:30-da Nizami küçəsindəyik.

    Yemək: səhər yeməyi, nahar

Qiymətə daxildir

  • Mikroavtobus və bələdçi bütün yol boyu
  • 1 gecə Yuxarı Karvansarada, səhər yeməyi ilə
  • 2 nahar və 1 axşam yeməyi
  • Xan sarayı və Kiş məbədinin biletləri

Daxil deyil

  • İçkilər
  • Halva və suvenirlər
  • Tək otaq: +45 ₼

Otellər

Yuxarı Karvansara, XVIII əsr: daş otaqlar, ikinəfərlik və üçnəfərlik.

Sənədlər

Şəxsiyyət vəsiqəsi: otelə yerləşmək üçün lazımdır. Xarici qonaqlar pasportla.

Tarixlər və qiymətlər

Qiymət nəfərə, ikinəfərlik otaqda. Uşaq (2–11 yaş, valideynlərlə bir otaqda): −25%.

  • Ş. 31 oktB. 1 noy189 ₼Son 4 yerQrup yığılıb
  • Ş. 7 noyB. 8 noy189 ₼Son 2 yerQrup yığılıb
  • Ş. 14 noyB. 15 noy189 ₼Son 3 yerQrup yığılıb
  • Ş. 21 noyB. 22 noy189 ₼Son 4 yerQrup yığılıb
  • Ş. 28 noyB. 29 noy189 ₼Son 4 yerQrup yığılıb
  • Ş. 5 dekB. 6 dek189 ₼7 yer varQrup yığılıb
  • Ş. 12 dekB. 13 dek189 ₼8 yer varQrup yığılıb
  • Ş. 19 dekB. 20 dek189 ₼8 yer varQrup yığılıb

Turu aparır

Elşən Bağırov

Elşən Bağırov

Təsisçi və direktor

1998-ci ildən bələdçidir: əvvəl Şəki və Quba yollarında, sonra Gürcüstanda. 2012-ci ildə Səmt-i qurdu. Hər yeni marşrutu qrupdan əvvəl özü gedir.

Komanda

Bu tura gedənlər

  • Karvansarada gecələmək ayrıca təcrübədir, otaqlar sərin və təmiz idi. Elşən müəllim Xan sarayında rəsmlərin hər birini izah etdi. Piti üçün ayrıca təşəkkür.
    Günel M., BakıŞəki: Xan sarayı və karvansarada gecə, sentyabr 2026

Oxşar turlar

Zəng edinWhatsApp-da yazınTur seçin