Əsas məzmuna keçin
Səmt

Gürcüstan5 gün / 4 gecəGecə qatarı

Tbilisi gecə qatarı ilə

Cümə axşamı gecə qatarına minirik, cümə səhəri Tbilisidəyik: köhnə şəhər, Mtsxeta, iki gecə oteldə.

Müddət
5 gün / 4 gecə (2-si qatarda)
Yığılış
22:30, Bakı Dəmir Yolu Vağzalı, əsas giriş
Bakıya qayıdış
son gün 06:24
Qrup
6–16 nəfər
Yük
Orta: gündə bir neçə saat piyada, pilləkənlər
Bələdçinin dilləri
azərbaycan, rus

Tur haqqında

26 may 2026-⁠cı ildə Bakı–Tbilisi gecə qatarı altı illik fasilədən sonra yenidən işə düşdü və biz Gürcüstan turlarını qatara keçirdik. Qatar 23:10-⁠da Bakıdan çıxır, səhər 08:41-⁠də Tbilisidədir; sərhəd yolda keçilir. Cümə günü köhnə şəhəri piyada gəzirik, şənbə Mtsxetaya gedirik, bazar günü axşam qatarla geri qayıdırıq və bazar ertəsi 06:24-⁠də Bakıdayıq: işə gecikmədən.

Nələri görəcəksiniz

  • Yeni Stadler yataqlı vaqonlarında iki gecə
  • Köhnə Tbilisi: Metexi, kükürd hamamları, kanat yolu ilə Narıqala
  • Mtsxeta: Cvari və Svetisxoveli, UNESCO siyahısında
  • Bazar ertəsi səhər 06:24-də Bakıda

Proqram

  1. 1-ci gün

    Cümə axşamı: gecə qatarı

    22:30-da vağzalda yığışırıq, bələdçi biletləri paylayır. Qatar 23:10-da yola düşür.

    Gecə: Qatarda, komfort sinfi kupe
  2. 2-ci gün

    Cümə: köhnə Tbilisi

    08:41-də Tbilisidəyik. Kafedə səhər yeməyi, sonra Metexi, Abanotubanidə kükürd hamamları, kanat yolu ilə Narıqala qalası. 14:00-da otelə yerləşirik, axşam sərbəstdir.

    Yemək: səhər yeməyiGecə: Tbilisi, köhnə şəhərdə 3 ulduzlu otel
  3. 3-cü gün

    Şənbə: Mtsxeta

    Mikroavtobusla Mtsxetaya: təpədəki Cvari monastırı və Svetisxoveli kafedralı. Nahar Mtsxetada, 15:00-da Tbilisiyə qayıdırıq. Axşam istəyənlər üçün şərab zirzəmisində dequstasiya.

    Yemək: səhər yeməyi, naharGecə: Tbilisi, eyni otel
  4. 4-cü gün

    Bazar: Quru körpü və qayıdış qatarı

    Səhər Quru körpü bazarı, sonra sərbəst vaxt. Əşyalar oteldə saxlanılır. 20:15-də vağzala, qatar 21:00-da yola düşür.

    Yemək: səhər yeməyiGecə: Qatarda
  5. 5-ci gün

    Bazar ertəsi: Bakı

    Qatar 06:24-də Bakıya çatır.

Qiymətə daxildir

  • Qatar biletləri hər iki tərəfə, komfort sinfi
  • 2 gecə oteldə, səhər yeməyi ilə
  • Bakıdan bələdçi bütün yol boyu
  • Mtsxetaya mikroavtobus, orada nahar
  • Narıqala kanat yolunun bileti

Daxil deyil

  • Axşam yeməkləri və kükürd hamamı
  • Şərab dequstasiyası: əlavə seçim, 45 ₼
  • Səyahət sığortası (əlavə seçim)
  • Tək otaq: +90 ₼

Otellər

Tbilisidə köhnə şəhərdə 3 ulduzlu otel, Metexiyə 10 dəqiqə piyada.

Sənədlər

Pasport. Azərbaycan vətəndaşlarına Gürcüstan vizası lazım deyil. Başqa ölkələrin vətəndaşları qatarla sərhəd keçidinin qaydalarını bron etməzdən əvvəl bizimlə dəqiqləşdirsin.

Lazım deyil

Tarixlər və qiymətlər

Qiymət nəfərə, ikinəfərlik otaqda. Uşaq (2–11 yaş, valideynlərlə bir otaqda): −15%.

  • C.a. 29 oktB.e. 2 noy495 ₼6 yer varQrup yığılıb
  • C.a. 5 noyB.e. 9 noy449 ₼Son 4 yerQrup yığılıb
  • C.a. 12 noyB.e. 16 noy449 ₼Yer qalmayıbGözləmə siyahısı
  • C.a. 19 noyB.e. 23 noy449 ₼Son 3 yerQrup yığılıb
  • C.a. 26 noyB.e. 30 noy449 ₼6 yer varQrup yığılıb
  • C.a. 3 dekB.e. 7 dek495 ₼7 yer varQrup yığılıb
  • C.a. 10 dekB.e. 14 dek495 ₼7 yer varQrup yığılıb
  • C.a. 17 dekB.e. 21 dek495 ₼8 yer varQrup yığılıb

Turu aparır

Leyla Həsənova

Leyla Həsənova

Bələdçi: Gürcüstan və Türkiyə

Tarix müəllimi idi. Tbilisi qatar turlarını və İstanbul–Kapadokya qruplarını aparır; Qobustanda xarici qonaqlara ingiliscə danışır.

Komanda

Bu tura gedənlər

  • Qatarla ilk dəfə getdik və bir daha təyyarə istəmirik: axşam mindik, səhər Tbilisidə idik. Leyla xanım sərhəddə hər şeyi əvvəlcədən izah etmişdi, yoxlama 40 dəqiqə çəkdi.
    Kamran və Aytən, SumqayıtTbilisi gecə qatarı ilə, iyul 2026

Oxşar turlar

Zəng edinWhatsApp-da yazınTur seçin