Əsas məzmuna keç
ÇİNİestetik
dermatologiya

Klinika

Çini 2016-⁠cı ildən Səbaildə, Xaqani küçəsində işləyir. Bir mərtəbədə beş kabinet: iki həkim otağı, lazer kabineti, baxım otağı və trixologiya kabineti.

Klinikanı 2016-⁠cı ildə dermatoloq Səbinə Qasımova açıb. O vaxt kabinet bir idi, həkim də bir. İndi dörd həkim və bir kosmetoloq işləyir, amma qayda dəyişməyib: hər prosedurdan əvvəl həkim baxışı, iynəni isə yalnız həkim vurur.

Biz cərrahi əməliyyat etmirik. Burun, göz qapağı və ya liposaksiya lazım olanda plastik cərraha göndəririk və bunu açıq deyirik.

Prosedur otağı: isti işıqda masaj masası və naxışlı lavabo
Dəriyə qulluq vasitələri olan rəflər, teksturalı divar
Gözləmə otağı: kreslo, işıqlı rəflər və gül

Bizdə qayda belədir

  • İynəni həkim vurur

    Botulinoterapiya, dolğu, biorevitalizasiya və PRP-⁠ni yalnız dermatoloq-kosmetoloqlar edir. Kosmetoloq baxım prosedurları və lazer epilyasiya ilə məşğul olur.

  • Preparat sizin qarşınızda açılır

    Qutunu və şprisi gözünüzün qarşısında açırıq. Partiya nömrəsi olan stiker kartınıza yapışdırılır, istəsəniz şəklini çəkə bilərsiniz.

  • 14 gündən sonra yoxlama

    Botulinoterapiya və dolğudan iki həftə sonra həkim nəticəyə pulsuz baxır. Lazım olsa, botulinoterapiyada korreksiya da pulsuzdur.

Gigiyena

  • Hər pasiyentdən sonra masa və aparatın başlığı dezinfeksiya olunur, birdəfəlik örtük dəyişdirilir.
  • İynələr, kanyullar və mikroiynələmə kartricləri birdəfəlikdir və sizin qarşınızda açılır.
  • Lazer kabinetində pasiyent və həkim üçün ayrıca qoruyucu eynək var.
  • Preparatlar soyuducuda, temperatur jurnalı ilə saxlanılır.

Aparatlar

Hər aparat rəsmi distribyutordan alınıb, servis müqaviləsi ilə ildə bir dəfə yoxlanılır.

Candela GentleMax Pro
Lazer epilyasiya və damar lazeri: aleksandrit və Nd:YAG dalğaları bir aparatda
Lumenis UltraPulse
Fraksion CO2 lazer: akne izləri, çapıqlar, dərinin teksturası
Candela PicoWay
Pikosaniyəli lazer: piqment ləkələri, çillər, melazma
Ultraformer III
HIFU ilə SMAS-liftinq: çənə xətti, yanaqlar, boyun
Morpheus8
Fraksion RF-mikroiynələmə: sallanma, məsamələr, akne izləri
HydraFacial Syndeo
Hidropilinq: təmizlənmə, nəmləndirmə, LED
FotoFinder dermatoskop
Xalların rəqəmsal xəritəsi və illik müqayisəsi
Damcıdan serum şüşəyə düşür, günəş işığında

Ödəniş və taksit

  • Nağd və bank kartı ilə ödəniş
  • Birbank və TamKart ilə 300 ₼-⁠dən yuxarı kurslara 3–⁠6 ay faizsiz taksit
  • Kurs əvvəlcədən ödəniləndə 10% endirim
  • Hədiyyə sertifikatı: 100, 200, 300 ₼ və ya istənilən prosedur

Səhiyyə Nazirliyinin tibbi fəaliyyət lisenziyası. Lisenziyanın surəti qəbulda asılıb, istəsəniz administrator göstərər.