SMAS-liftinq (HIFU)
Fokuslanmış ultrasəs dərinin altındakı SMAS qatını 4,5 mm dərinlikdə qızdırır. Toxuma yığılır və yeni kollagen yaranır: oval 2–3 ay ərzində tədricən dartılır.
- Bir seans
- 60 dəqiqə
- Kurs
- 1 seans, ildə bir dəfə
- Nəticə
- 2–3 aydan sonra tam, 12–18 ay saxlanılır
- Bərpa
- Yoxdur, 1–2 gün yüngül həssaslıq

Kimlər üçündür
- Çənə xəttinin bulanması, yanaqların sallanması
- Çənə altında boşalmış dəri
- Qaşların aşağı düşməsi
- Əməliyyat istəməyən 35–60 yaşlılar
Necə keçir
10 dəq
Həkim zonaları və xətləri işarələyir, şəkil çəkir.
30–45 dəq
Ultrasəs başlığı xətt-xətt keçir. Sümüyə yaxın yerlərdə isti, dərin sancma hissi olur.
3 ay sonra
Həkim yeni şəkili əvvəlki ilə müqayisə edir. Yoxlama pulsuzdur.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Göz ətrafı və qaşlar
- 180 ₼
- Çənə altı
- 200 ₼
- Üzün aşağı üçdə biri
- 320 ₼
- Üz (tam)
- 450 ₼
- Üz və boyun
- 580 ₼
Prosedurdan sonra
- Xüsusi baxım lazım deyil
- 2 gün üzə güclü masaj etməyin
- İlk həftə zona toxunanda həssas ola bilər
Kimlərə edilmir
- Zonada metal implant və ya qızıl saplar
- Hamiləlik
- Zonada iltihab, açıq yara
- Kardiostimulyator
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Proseduru edir
Suallar
Nəticə dərhal görünürmü?
Yüngül dartılma dərhal hiss olunur, amma əsas nəticə kollagen yarandıqca, 2–3 ayda görünür.
Əməliyyatı əvəz edirmi?
Yox. HIFU yüngül və orta sallanmada kömək edir. Güclü sallanmada plastik cərraha göndəririk.
