Pikosaniyəli lazer
PicoWay lazeri piqmenti pikosaniyəlik impulslarla xırda hissəciklərə parçalayır, bədən onları özü çıxarır. Dəri qızmadığı üçün bərpa qısa olur.
- Bir seans
- 30 dəqiqə
- Kurs
- 1–3 seans, 4–6 həftə ara ilə; melazmada 4–6
- Nəticə
- Ləkələr 1–2 həftəyə tündləşib qabıqlanır, sonra solur
- Bərpa
- 1–3 gün qızartı

Kimlər üçündür
- Günəş və yaş ləkələri
- Çillər
- Akne və iltihabdan sonra qalan ləkələr
- Melazma: həkim baxışı ilə və kremlə birlikdə
Necə keçir
5 dəq
Həkim ləkələri dermatoskopla yoxlayır: lazerdən əvvəl hər ləkənin xoşxassəli olduğuna əmin olmalıyıq.
10–20 dəq
Lazer impulsları yüngül çırtma kimi hiss olunur. Keyləşdirmə adətən lazım olmur.
Sonra
Sakitləşdirici krem və SPF. Ləkələr bir həftə tündləşir, sonra qabıqlanıb düşür.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Bir ləkə, 1 sm²-dək
- 40 ₼
- Əl arxası
- 120 ₼
- Yanaqlar
- 150 ₼
- Üz (tam)
- 240 ₼
- Döymənin silinməsi, 10 sm²-dək
- 90 ₼


Nəticə: çillər və piqment
- Kurs
- 2 seans pikosaniyəli lazer
- Şəkillər arasında
- 10 həftə
Kurs noyabrda edildi. Yayda çillərin bir hissəsi geri qayıda bilər, ona görə SPF 50 məcburidir.
Bütün nəticələrProsedurdan sonra
- Qabıqları qoparmayın
- Bir ay SPF 50 çəkin və papaqla gəzin
- 1 həftə pilinq və retinol istifadə etməyin
Kimlərə edilmir
- Qaralmış dəri
- Dermatoskopiyada şübhəli görünən ləkə
- Hamiləlik
- Dərini işığa həssas edən dərmanlar
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Proseduru edir
Suallar
Çillər geri qayıdırmı?
Günəşdən qorunmasanız, yayda yenidən çıxa bilər. Ona görə kursu payızda edib, yazdan SPF 50 çəkməyi tövsiyə edirik.
Melazma tam keçirmi?
Melazma xroniki vəziyyətdir. Lazer və krem onu xeyli açır, amma dəstəkləyici baxım lazımdır.
Bunlarla da maraqlanırlar
- Hialuron dolğularDodaqların, yanaq sümüklərinin və çənə xəttinin həcmi və forması150 ₼-dən
- Polinukleotidlər (PDRN)Göz altı, nazik dəri və lazerdən sonra bərpa320 ₼-dən
- Lazer epilyasiyaÜz və bədən, Candela GentleMax Pro ilə10 ₼-dən
- Fraksion CO2 lazerAkne izləri, çapıqlar, dərin qırışlar və tekstura90 ₼-dən
